XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Heç kəsə güzəşt olunmayacaq" - Sürücülərə pərdə və plyonka XƏBƏRDARLIĞI

"Heç kəsə güzəşt olunmayacaq" - Sürücülərə pərdə və plyonka XƏBƏRDARLIĞI

"Heç kəsə güzəşt olunmayacaq" - Sürücülərə pərdə və plyonka XƏBƏRDARLIĞI
26-04-2017, 13:09

Hər il olduğu kimi bu ildə mayın 1-dən noyabrın 15-dək avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə icazə veriləcəyi gözlənilir. Amma mövsüm gəlməmiş Bakıda bəzi xarici markalı avtomobillərdə pərdələrdən istifadə hallarına rast gəlinir.

Məsələ ilə bağlı unikal.org Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

O, açıqlamasında deyib ki, hələlik bu il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə icazə verilməsi ilə bağlı rəhbərlik tərəfindən hər hansısa bir göstəriş gəlməyib:

"Əgər mayın 1-dək dəyişiklik olmazsa, ölkə ərazisində istismar edilən avtomobillər sənaye üsulu ilə hazırlanmış jalyuz və ştorkalı şüşələri olan avtomobillərin hərəkətinə icazə veriləcək”.

V.Əsədov bir daha sürücülərə xəbərdarlıq edərək bildirib ki, avtomobillərə plyonkaların vurulması qanunla qadağandır:

"Mövsüm gəlməmiş bəzi avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin və qanunla qadağan edilən plyonkaların istifadəsi hallarına rast gəlinir. Təkcə, ötən həftə ərzində (cümə axşamı, cümə və şənbə günlərində) aparılan reyd zamanı 11 belə fakt aşkarlanıb, sürücülər məsuliyyətə cəlb edilib. Təbii ki, bu tələbləri yerinə yetirməyən 150 manat məbləğində cərimə olunur. İlk növbbədə tövsiyyə edirik ki, ailənizin büdcəsinə qənaət etməyə çalşın, əks halda mayın 1-dək bu tələblər pozulursa, əməkdaşlarımız tərəfindən saxlanılıb məhsuliyyətə cəlb ediləcəksiz. Heç kəsə güzəşt olunmayacaq və qanunun tələblərinin də müzakirə edilməsi yolverilməzdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.