XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kəmaləddin Heydərov da ənənəvi üsulla yola salınacaq... - İlk əvvəl...

Kəmaləddin Heydərov da ənənəvi üsulla yola salınacaq... - İlk əvvəl...

Kəmaləddin Heydərov da ənənəvi üsulla yola salınacaq... - İlk əvvəl...
8-09-2020, 11:51

Dünən məlumat verərək bildirmişdik ki, yaxın günlərdə Fövqəladə Hallar Naziri postunda dəyişiklik baş tutacaq və bununla da Kəmaləddin Heydərovun karyerası sona çatacaq. Qeyd edək ki, DİA.AZ olaraq yaydığımız bu məlumatın ardından digər qaynaqlarda da maraqlı məqamlara toxunan informasiyalar paylaşılıb. Belə ki, qlobal.az saytının yazdığına görə, FHN şefi də ənənəvi üsulla, yəni keçmiş Nəqliyyat Naziri Ziya Məmmədova tətbiq olunan metodla yola salınacaq.

Mənbə iddia edir ki, Azərbaycanda dövlət strukturlarında aparılan islahatlar Fövqaladə Hallar Nazirliyini (FHN) də əhatə edəcək.

Məlumata görə, ilkin olaraq Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi FHN-nin tabeliyindən çıxarılaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəkdir. Xidmətin keyfiyyətinin yüksəldilməsinə və şəffaflığın təmin edilməsinə hesablanan struktur dəyişikliyinin yaxın zamanlarda həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, son illər Bakıda və eləcə də respublikanın digər iri şəhər və rayonlarında aparılan tikintilərin əksəriyyətinin qanunsuz və texniki parametrlərinin standartlara cavab verməməsi barədə mətbuatda kifayət qədər yazılar dərc edilib.

Təbii ki, belə bir qurumun FHN şefinin nəzarətindən çıxarılması Kəmaləddin Heydərov adlı qalanın sütunlarını laxladacaq mühüm bir addım olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.