XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Səs"in SƏSİ NİYƏ ÇIXMIR? - Bəhruz Quliyev sudan quru çıxmağa çalışır

"Səs"in SƏSİ NİYƏ ÇIXMIR? - Bəhruz Quliyev sudan quru çıxmağa çalışır

"Səs"in SƏSİ NİYƏ ÇIXMIR? - Bəhruz Quliyev sudan quru çıxmağa çalışır
4-09-2020, 09:39

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun bir başa təbliğat ruporu olan əksər mətbuat orqanları son günlər baş verən olaylardan kənarda dayanmağa çalışır. Belə "təbliğat maşınları"ndan biri, uzun illər dil-boğaza qoymayan, bu qruplaşmaya açıq şəkildə dəstək verən "Səs" qəzeti və onun rəhbərliyidir.

Bizimxeber.az bildirir ki, uzun illər Ramiz Mehdiyev və Əli Həsənovun komandasının əsas qoruyucusu, bohtançısı, şantajçısı olan sözügedən qəzetin baş redaktoru Bəhruz Quliyevin nədənsə səsi çıxmır. Həmçinin nə qəzetdə, nə də qəzetin uzun illər insanlara şər, böhtan, təhqir dolu cəfəng fikirlərlə dolu olan sesqazeti.az internet resursunda Ramiz Mehdiyevin və Əli Həsənovun əməlləri barədə heç olmasa istinadla olan yazıları, faktları, videogörüntüləri belə işıqlandırmır.

Əlbətdə adam yəqin ki, sadiqliq nümayiş etdirir, ona dayaq duran ağalarını hədəfə etmək istəmir. Amma bir məqamı unudur ki, artıq nə Ramiz Mehdiyev var, nə də Əli Həsənov. Üstəlik onu da unudur ki, rəhbəri olduğu bu informasiya resursları, daha doğrusu bohtan, təhqirlə dolu mənasız mətbu orqanları dövlətin ayırdığı vəsait hesabına ayaqdadır.

Əlbətdə nəinki bu gün, uzun illərdir Bəhruz Quliyev bilir ki, onun rəhbəri olduğu nə qəzeti, nə də internet portalını oxuyan, ciddiyə alan yoxdur. Amma hesab edir ki, susmaqla, gizlənməklə bu oyundan sivrilib çıxa biləcək.

Undi bu sudan quru çıxmaq üçün ona Administrasiyada qalan dostu və ya dostları dəstək verir, təlimatlandırır, idarə edirlər. Amma bu gün Ramiz Mehdiyevin, Əli Həsənovun ən yaxın damlarından hesab olunan belə bir baş redaktorun əlində belə bir qəzetin, təbliğatın qalması təhlükəlidir.

Tez bir zamanda "Səs" qəzetinin rəhbərliyi ilə bağlı qərar vermək lazımdır. Bu qəzetin ən son günlərdə olan fəaliyyətinə nəzər salmaq lazımdır. Bütün ölkə, iqtidarlı, müxalifətli baş verənləri işıqlandırdığı bir ərəfədə, Ramiz Mehdiyevin böhtanlarına cavab verdiyi günlərdə bu işləri daha yaxşı bacaran "Səs" və Bəhruz Quliyev niyə kənardan seyirci olmalıdır? Müəmmalı deyilmi?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.