"Abdin Fərzəliyevin adının hallanması qərəzlidir" - bunu "Gilan Holdinq" həyata keçirib
Nərimanov Rayon İcra Hakimiyyəti xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərən Qurban Məmmədova Nərimanov rayonu ərazisində çoxlu sayda ev verilməsində rayonun icra başçısı Abdin Fərzəliyevin də rolunun olması ilə bağlı KİV-də yayılan iddialara münasibət bildib.
Qurumdan Xalqxeber.Az-a daxil olan məlumatda bildirilir ki, bu xəbər həqiqəti əks etdirmir.
Bildirilir ki, qeyd edilən ünvanda “Atlant-İnşaat” şirkəti təsdiq olunmuş layihə əsasında tikinti işləri aparıb:
"Həsənoğlu küçəsi 12 ünvanda Gilan Holdinq tərəfindən inşa edilən tikintinin ərazisinə düşdüyü üçün həmin ünvanda 2 mərtəbəli binalar sökülərək sakinlərin şirkətin M.Nağıyev küçəsi 19/67 ünvanda artıq inşa etdiyi hazır binaya köçürülməsi, kompensasiya verilməsi, sökülən mənzillərin əvəzləndirilməsi və bu kimi digər məsələlər birbaşa şirkət ilə sakinlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilib. Bütün sadalanan proseslərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatları KİV nümayəndələri qeyd edilən şirkət ilə də əlaqə saxlayaraq dəqiqləşdirə bilər".
Qeyd olunub ki, bu proseslərdə Nərimanov RİH-nin heç bir rəsmi və ya qeyri rəsmi iştirakı olmayıb:
"O cümlədən bu məsələdə heç bir rolu və iştirakı olmayan RİH başçısı Abdin Fərzəliyevin adının qeyd edilməsi qərəzlidir və ikrah hissi doğurur".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...