SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Qasımov qisas həvəsinə düşüb – Sabiq icra başçısı toyda Ramiz Mehdiyevə nə deyib? - İDDİA

Arif Qasımov qisas həvəsinə düşüb – Sabiq icra başçısı toyda Ramiz Mehdiyevə nə deyib? - İDDİA

Tarix:

27-08-2020, 14:23

/ 1 610 dəfə oxundu.
Arif Qasımov qisas həvəsinə düşüb – Sabiq icra başçısı toyda Ramiz Mehdiyevə nə deyib? - İDDİA

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) Ramiz Mehdiyevin nəvəsinə karantin qaydalarını pozaraq toy etməsi ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Qadağaların nümayişkəranə şəkildə pozulması Azərbaycan qanunlarına açıq hörmətsizlik kimi qiymətləndirildi. Nəticədə qaydaları pozanlarla bağlı ciddi tətbirlər həyata keçirildi. AMEA prezidentinin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev karantin qaydalarını pozduqları üçün inzibati qaydada 15 sutka həbs olundu.

Toy mərasimində Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən bir çox sabiq və hazırda vəzifədə olan məmurlar iştirak edib. Onlardan yalnız bir neçəsinin adı ictimaiyyətə məlumdur. Həmin şəxslər karantin qaydalarını pozduqlarına görə müvafiq qaydada cərimələndi.

İndi çoxlarını bir sual maraqlandırır: Toyda daha hansı məmurlar və ya keçmiş məmurlar iştirak edib?

Sfera.az xəbər verir ki, Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda Bakı şəhər, Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımov da olub.

Xatırladaq ki, Qasımov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış parkda şəxsi qazanc məqsədi ilə qeyri-qanuni restoran tikdiyinə görə vəzifəsindən azad olunub.

İddiaya görə, Arif Qasımov toyda iştirakını yaxın ətrafına siyasi hakimiyyətə etiraz kimi qələmə verib.

Daha ilginc olan isə Arif Qasımovun toyda Ramiz Mehdiyevlə qısa söhbətinin məğzidir. Mənbənin iddiasına görə, Arif Qasımov Ramiz Mehdiyevlə qısa dialoq zamanı ona tam dəstəyini nümayiş etdirib və deyib: "Ramiz müəllim siz bizim ağsaqqalımızsız. Həmişə sizin yanınızda və xidmətinizdəyik”.

Digər məlumata görə, Arif Qasımov toya olduqca böyük məbləğdə pul yazdırıb.

Görünür Arif Qasımov vəzifədən azad olunmasına görə qisas eşqinə düşüb. Halbu ki, o bu gün sərbəst qalmasına, törətdiyi qanunsuz əməllərə görə həbs olunmamasına şükr etməlidir. Amma Arif Qasımov intiqam ehtirası və "akademik” gedişlərlə hansısa nəticələrə ümid bəsləyir.

Keçmiş başçının ünvanına səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

/Editor.az

Şərhlər

XƏBƏR LENTİ