İcra başçısı həbs edilən memarın yerinə onu gətirdi - TƏYİNAT
- 27-08-2020, 13:48
- 1 496
“MediaPost”un əldə etdiyi məlumata görə, İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu vəzifəyə Abdun Dadaşovu təyin edib.
Qurum rəsmisi Seymur Qasımov “MediaPost”a açıqlamasında xəbəri təsdiqləsə də, onun bu vəzifənin müvəqqəti icraçısı olduğunu deyib.
Qeyd edək ki, Abdun Dadaşov bu vəzifədən əvvəl sözügedən şöbənin Aparıcı məsləhətçisi (mühəndis) olub.