SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi

Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi

Tarix:

24-08-2020, 18:50

/ 1 631 dəfə oxundu.
Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi

Görün, kimləri vəzifəyə gətirib xalqın pullarını göyə sovurublar, taleyimizi kimlərin əlinə veriblər...

Fotodakı şəxs Siyavuş Novruzovun köməkçisi, YAP Gənclər Birliyi İdarə Heyətnin üzvü Həsən Daşdəmirovdur. Əvvəllər iqtidaryönlü qəzetlərin redaksiyalarında corab, mayka, şortik və s. satırdı. Vəziyyəti olduqca pis idi. S.Novruzovun köməkçisi olandan sonra milyonçuya çevrildi.

Qısa araşdırma apardım. Məlum oldu ki, bu adam indi "BMW - X6" markalı (90 MG 210 dövlət qeydiyyat nişanlı) maşın sürür. Yasamalda evləri, Şüvəlanda villası... YAP-ı yeyib dağıdanlardan biridir. O, YAP-ın Ağsu, Şamaxı, İsmayıllı və digər rayonlar üzrə kuratoru kimi illərdir rayon təşkilat sədrlərindən aylıq paketlər alır. Partiyanın gənclər siyasəti ilə bağlı ayırdığı pulları göyə sovurur.

Vaxtilə "Sahil" metrosunun ətrafındakı əksər kafe-restoanları aylıq "tas"a oturtmuşdu. İndi də peşəsini davam etdirir. S.Novruzovun "mürəbbə biznesi"nə bu adam nəzarət edir. Marketləri məcbur edərək öz mürəbbələrini zorla aldırırlar.

Samir FEYRUZOV
Siyavuş Novruzovun "mürəbbə biznesi"nə nəzarət edən köməkçisi

Şərhlər

XƏBƏR LENTİ