XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əli Həsənov haqda yeni sensasiyalı araşdırmada adı hallanan Vüqar Xəlilov kimdir? - İLGİNC

Əli Həsənov haqda yeni sensasiyalı araşdırmada adı hallanan Vüqar Xəlilov kimdir? - İLGİNC

Əli Həsənov haqda yeni sensasiyalı araşdırmada adı hallanan Vüqar Xəlilov kimdir? - İLGİNC
21-08-2020, 16:04

Bir necə gün öncə keçmiş Baş prokuror, Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada sabiq səfir olan Eldar Həsənovun həbsi bir çox sirli pərdələrin açılmasına səbəb olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi şöbəsinin sabiq rəhbəri, professor Əli Həsənov haqda yeni və təkzibedilməz faktlar ictimaiyyətin müzakirəsinə təqdim edilib. Bunun ardınca Əli Həsənov ürək çatışmamazlığı adı ilə ölkəni tərk edərək Türkiyəyə müalicəyə yola düşmüşdür.

Araşdırmada (http://azpolitika.info/?p=601483) bir çox insanların adları keçir.

Sfera.az olaraq bəzi insanlar haqqında məlumatları araşdırmaq qərarına gəldik. Növbəti yazılarımızda, adları keçən insanlar haqqında ətraflı və geniş məlumat vermək niyyətindəyik.

Beləliklə Araşdırmada adı hallanan adlardan biri hazırda CBC kanalının rəhbəri Vügar Xəlilovdur. Araşdırmada yazılır ki, ABŞ vətəndaşı "Qureviç öz köməkçisi, Azərbaycan əsilli Britaniya vətəndaşı Vüqar Xəlilov ilə Bişkekə gəlirlər və burada Vüqar Xəlilov "Flexi Communications” adlı şirkət qurur. Şirkətin əsas məqsədi Maksim Bakiyevin PR-ı ilə məşğul olmaq, yeni Qırğızıstan hakimiyyətini Qərbdə təmsil etmək olur. Əslində isə Qureviç və onun əməkdaşları sadəcə "pulların yuyulması” ilə məşğul idilər”

Eyni zamanda araşdırmada qeyd edilir ki, Vügar Xəlilovun Qırğızıstandakı həbsindən azad edilməsində Əli Həsənovun müstəsna rolu var idi. "Əli Həsənov Rusiya Federasiyasının bir sıra medalları ilə təltif edilmiş insandır. Bu baxımdan, onun Rusiyada xüsusi əlaqələrinin olması təbii haldır. Beləliklə, Xəlilov qardaşlarının gələcəkdə bütün maraqlı tərəflərə işləyəcəyi barədə razılığa gəlinir və həbsindən cəmi 6 ay sonra (2010-cu ilin avqust ayının 6-da) Vüqar Xəlilov azad edilir, xüsusi təyyarə ilə Britaniya xüsusi xidmət orqanlarının müşayiəti altında Londona çatdırılır.”

Digər önəmli məqam odur ki, "2014-2015-ci illərdə Vüqar Xəlilov öz qardaşı Azər Xəlilovu və Azər Xəlilovun həyat yoldaşı jurnalist Sevinc Osmanqızını oyuna daxil edir. Ən maraqlısı odur ki, ABŞ-a köçməzdən əvvəl Sevinc Osmanqızı Azərbaycan hakimiyyətinin təbliğatçısı kimi tanınırdı.... Hər bir sahəyə nəzarət etməyi özünün "borcu” hesab edən Əli Həsənov Avropa və ABŞ-dakı Azərbaycan müxalifətini də öz nəzarətində formalaşdırmağa başlayır. Bu işlərə Avropada geniş əlaqələrə malik olan insanları cəlb edən Əli Həsənov, Azərbaycanın bir sıra diplomatik nümayəndələrini oyuna soxur.”

Media mənsubları həmkarları olan Vügar Xəlilov haqda məlumat toplamaq istəmiş və bununla bağlı qısa arayışımızı təqdim edirik:

Vüqar Xəlilov 20 ildən çox Azadlıq Radiosu və BBC-də işləyib. 2009-cu ildə o, Londondan Bişkekə köçüb və orada piar-şirkətini təsis edib. Flexi Communications Qırğızstanda və digər Mərkəzi Asiya ölkələrində yerli və xarici şirkətlərə korporativ-maliyyə kommunikasiyaları, bazar tənzimləyiciləri ilə qarşılıqlı fəaliyyət və xüsusi tədbirlərin təşkili sahəsində xidmətlər göstərən agentlik olub.

Böyük Britaniya vətəndaşı olan Vüqar Xəlilov 12 aprel 2010-cu ildə Bişkekdə qanunsuz pul vəsaitlərinin leqallaşdırılması ittihamı ilə həbs edilib. Bişkekin Pervomay rayon məhkəməsi 2010-cu il avqustun 6-da Xəlilovun işinə baxıb və ona bəraət verib. Sentyabrın 7-də Bişkek Şəhər Məhkəməsi bəraət hökmünü qüvvədə saxlayıb və Vüqar Xəlilov azadlığa buraxılıb.

Qırğızstan hakimiyyətinin daha bir ittihamı Xəlilovun Bakiyevlər ailəsinin çirkli pullarını yuması və Bakiyevin oğlu Maksimlə dostluq etməsi olub. İstintaq zamanı o həmçinin Britaniya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunub.

Azadlığa çıxdıqdan bir müddət sonra o, Azərbaycana gəlib və Rusiyanın "Sputnik” İnformasiya Agentliyinə rəhbər, daha sonra isə SOCAR tərəfindən maliyyələşdirilən, lakin Əli Həsənov tərəfindən kurasiya edilən CBC kanalına rəhbər təyin edilib.

Vüqar Xəlilov ATV kanalının rəhbəri vəzifəsində Vüqar Qaradağlını əvəzləmiş Azər Xəlilovun qardaşıdır.

Sonda xatırladaq ki, Böyük Britaniyanın nüfuzlu "Times” qəzeti də Vüqar Xəlilovun İngiltərə vətəndaşı olaraq Qırğızıstanda çirkli pulların yuyulmasındakı rolu haqda yazmışdır. Həmin yazının linkini təqdim edirik.

https://www.thetimes.co.uk/article/briton-in-show-trial-for-money-laundering-tmn7p67mbzw

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.