Diqqət! Bakıda saxta profil satanlar peyda olub
Sosial şəbəkə istifadəçiləri diqqətli olsun.
Şəbəkələrdə saxta profil satışı ilə məşğul olan şəxslərlə bağlı "Report"a məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, bu kimi saxtakarlar müxtəlif yollarla əldə etdikləri şəxslərin fərdi məlumatları əsasında saxta profillər yaradaraq onların satışı ilə bağlı müxtəlif sosial şəbəkələrdə elanlar yerləşdirirlər.
Yerləşdirdikləri elanları istifadəçilərə daha da inandırıcı göstərsinlər deyə həmin şəxslərə aid fotolar profillərə qoyulur.
Buna görə isə, müxtəlif məslək sahiblərindən istifadə edilir. Çox vaxt hədəf hərbiçilər olur.
Hərbi qulluqçu Elnur adlı şəxs "İnstagram"da satışda olan Ramin_Günay səhivəsini satın almaq üçün səhifənin sahibi İsmayılov Ramin Musa oğlu ilə 90 AZN qarşılığında razılığa gəlib. Ramin səhifəni rəsmiləşdirmək üçün Elnurdan fərdi məlumatlarını tələb edib və əldə edib.
Səhifəni qarşı tərəfə verəcəyi təqdirdə o isə bundan imtina edib. Bir müddət sonra hərbiçinin fotosu ilə saxta profillər düzəldilərək ayrı-ayrı şəxslərə təklif olunub. Yaranmiş bu insidentlə bağlı hərbiçi 102 zəng mərkəzinə müraciət edib. Problemin araşdırılması üçün ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.
Onuda qeyd edək ki, analoji hadisə ilə bağlı daha bir neçə nəfər üzləşib. Problemin araşdırılması ərazi üzrə Xətai RPİ-nin 36-cı Polis bölməsinə həvalə olunub.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək