DYP-dən texniki baxışla bağlı sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib.
Daxil olan müraciətdə deyilir:
"Şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edildiyi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzində və ya Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, avtomobillərini texniki baxışdan keçirmək üçün sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə getmək məcburiyyətində olmayan digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu BDYP-nin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...