XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Məhəbbət Vəliyevanın FETOçularla şübhəli əlaqələri... - İTTİHAM

Məhəbbət Vəliyevanın FETOçularla şübhəli əlaqələri... - İTTİHAM

Məhəbbət Vəliyevanın FETOçularla şübhəli əlaqələri... - İTTİHAM
6-08-2020, 11:11

Yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin imzaladığı ilk əmrlə paytaxtın 20-dən çox məktəbinin direktoru vəzifədən azad olundu. Hamıya gün kimi aydındır ki, hələ yeni kabinetini səhmana salmayan nazirin birdən-birə 20 məktəb direktorunu işdən çıxarması əvvəlcədən hazırlanmış bir planın həyata keçirilməsi idi.

Emin müəllimin bu planın hazırlanmasında rolunun nə qədər olduğunu bilməsək də (doğrusu ən azından buna inanmaq da istəmirik), Rubrika.az saytında bu barədə əvvəlcədən məlumatlar vermişdik. Bu əmri Təhsil naziri kimi özünün imzalamasını çox istəyən Məhəbbət Vəliyeva hər halda özü hazırladığı siyahını reallaşdıra bildi. Beləliklə, Azərbaycan təhsilində “Məhəbbətin qüdrəti”nin hələ də böyük rol oynadığını bir daha nümayiş etdirdi.

M.Vəliyevanın vəzifə pillələrində sürətli yüksəlişi son 12 ili əhatə edir. 2008-2014-cü illərdə Zərifə Əliyeva adına liseyin direktoru olan M.Vəliyeva sonradan BŞTİ-nin əvvəlcə müdir müavini,daha sonra müdiri,2018-ci ildən etibarən isə Təhsil nazirinin müavini təyin olunub. Rubrika.az saytına onun hələ lisey direktoru olduğu zamanlardan bir çox şübhəli əlaqələrinin olması barədə məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, zamanında ölkəmizdə güclü təşkilatlanan FETOçularla M.Vəliyeva sıx əlaqələr yaradaraq iş birliyinə nail olub. Belə ki, Qafqaz Universiteti, Araz kurslarnın,həmçinin rayonlarda fəaliyyət göstərən türk liseyləri(xüsusilə Qubada yerləşən türk liseyi ) ilə iş birliyi yaradan M.Vəliyeva bu yolla FETOçuların yaxın müttəfiqinə çevrilir. Türkiyədə reallaşmayan FETO çevrilişindən sonra Azərbaycanda da onların dayaqları silkələndi,məktəbləri bağlanıldı. Belə bir zamanda M.Vəliyeva keçmiş müttəfiqliyə sadiq qalaraq bağlanan liseylərin,kursların şagirdlərini rəhbərlik etdiyi Z.Əliyeva adına liseydə yerləşdirməyə başlayır. Məlumatda bildirilir ki, bütün bu yerdəyişmələr ona külli miqdarada pullar qazandırır.

M.Vəliyeva FETOçu məktəblərin demək olar ki, bütün tədbirlərində iştirak edib. Onlar da M.Vəliyevanın əziz qonaqları olublar, təşkil etdiyi tədbirlərdə başda əyləşiblər. Məlumatlarda bildirilir ki, hətta dostları onun Amerikaya səfərini də təşkil edib. FETOçular onun liseyinin beynəlxalq olimpiadalarda yer tutmasında da az əmək sərf etməyiblər. Beləcə onların müttəfiqliyi hər iki tərəfə xeyir gətirib.

M.Vəliyeva bu gün də bir zamanlar rəhbərlik etdiyi liseyə nəzarəti əldən vermir. Qızı oranın baş mühasibi olduğu üçün bütün maliyyə məsələləri nəzarət altında saxlanılır. Liseyin direktoru da onun öz “yetirməsi”dir. Liseyə şagird qəbulu 5-10 min manat civarında dəyişir. Məlumatlara görə, liseyin bütün maliyyə əməliyyatları M.Vəliyeva tərəfindən həyata keçirilir, direktor sadəcə bir icraçıdır. Məlumat verilir ki, M.Vəliyeva oranı özü üçün ehtiyat variant kimi saxlayır. Nə vaxtsa nazir müavinliyindən getsə liseyin qapıları onun üçün həmişə açıqdır.

Paytaxtın digər məktəbləri də BŞTİ-nin müdir müavini İlhamə xanım vasitəsilə nəzarətdə saxlanılır. Son direktor dəyişiklikləri isə onun mövqeyini daha da möhkəmləndirib.

Hesab edirik ki, yeni nazir əgər islahatlar keçirmək, hansısa dəyişikliklərə imza atmaq istəyirsə ilk əvvəl çox da uzağa getməməlidir. Elə nazirlikdə kök salan qruplaşmaları, özünü fərmansız nazir hesab edənləri təmizləməlidir. Heç bir araşdırma aparmadan 20-yə yaxın direktoru bir fərmanla vəzifədən almaq hansı məntiqə əsaslanır? 214 saylı məktəbə rəhbərlik etdiyi müddətdə adı daima rüşvət, korrupsiya faktlarında hallanan, məktəbdə bıçaqlanma hadisələrini gizlədən Esmira Ağayeva hansı uğurlarına görə paytaxtın ən nüfuzlu təhsil ocaqlarından birinə-20 saylı məktəbə direktor təyin olunub? Xatırladaq ki, onun bu məktəbə gəlməsi üçün nə qədər xərcə düşdüyünü də saytımızda xəbər vermişdik. El-aləmin bildiyi bir məlumatı cənab nazirin bilməməsi təəccüblüdür. İnanırıq ki, Emin müəllim tələsik imzaladığı qərarına bir daha baxacaq. “Direktor əməliyyatları”nın kimlərin maraqlarına xidmət etdiyini aydınlaşdıracaq. O zaman aydın olacaq ki, bütün bunların Mehriban xanım Əliyevanın apardığı təhsil siyasətinə və E.Əmrullayevin rəhbərlik etdiyi nazirliyə heç bir aidiyyatı yoxdur!
Rubrika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.