SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 13 yaşlı İlkin Səfərlidən nümunəvi addım

13 yaşlı İlkin Səfərlidən nümunəvi addım

Tarix:

5-08-2020, 15:58

/ 3 452 dəfə oxundu.
13 yaşlı İlkin Səfərlidən nümunəvi addım

İsveçrənin Cenevrə şəhərində yaşayan 13 yaşlı azərbaycanlı yeniyetmə İlkin Səfərli Ermənistan və Azərbaycan arasında baş verən son hadisələrlə bağlı ingilis dilində video hazırlayıb, ermənilərin xaricdə yaşayan azərbaycanlılara qarşı törətdikləri zorakılıq və vəhşiliklərini əsaslı şəkildə ictimailəşdirib.

Ilkin öz videomaterialında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən, erməni işğalının nəticələrindən və Xocalı soyqırımından danışaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu bildirib və dünya ictimaiyyətini Ermənistanın davam edən işğalını dayandırmağa səsləyib.

Kiçik yaşı olmasina baxmayaraq hazırladığı 12 dəqiqəlik bu videomaterialda İlkin Azərbaycan həqiqətlərini Avropa dinleyicilerinin daha rahat şəkildə qebul edeceyi formada catıra bilmişdir. Elə bu yanaşma səbəbdən hazırda videomaterial Avropa və digər ölkələrdəki yeniyetmə ve genclər arasında muxtəlif sosial media platformalarında sürətlə yayılmaqdadır. Ilkin həmçinin yaxın gelecekde eyni videomaterialın Fransiz dilinde olan versiyasını hazırlamağı planlaşdırır.

Qeyd edilməlidir ki, İlkin İsveçrədə yaşamasına baxmayaraq, vətəni Azərbaycanı çox sevir və hər zaman Azərbaycan həqiqətlərini yaymağa çalışır. O, həmçinin iki həftə öncə BMT-nin Cenevrədəki Ofisi qarşısında İsveçrədə yaşayan soydaşlarımızın keçirdiyi aksiyada çıxış edərək erməni işğalına etiraz edib. Aksiya zamanı o, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, münaqişədə Ermənistanın işğalçı tərəf olduğunu vurğulayıb və 30 ildən bəri işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edib.

İlkin hal-hazırda Genevrə beynəlxalq məktəbində 7-ci sinifdə təhsil alır və bir müddətdir ki, YouTube-da açdığı kanalda yeniyetmələr üçün müxtəlif mövzularda ingilis və fransız dillərində maarifləndirici videolar hazırlayıb paylaşır.

İlkin kimi azərbaycanlı yeniyetmə və gənclərimizin istər doğma vətəndə, istərsə də xaricdə yaşamasından asılı olmayaraq, vətənpərvər ruhda böyüməsi çox sevindirici haldır. Bu kimi təşəbbuslər Azərbaycan həqiqətlərini ortastatistik Avropa insanina catdirilmasinda böyük töhvə vermiş olur.

13 yaşlı İlkin Səfərlidən nümunəvi addım

Şərhlər

XƏBƏR LENTİ