XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Əzizov Abit Əliyev tandemi ayrılan vəsaitin səmərəli istifadəsinə nəzarət edir,yoxsa baş aldadır?

Eldar Əzizov Abit Əliyev tandemi ayrılan vəsaitin səmərəli istifadəsinə nəzarət edir,yoxsa baş aldadır?

Eldar Əzizov Abit Əliyev tandemi ayrılan vəsaitin səmərəli istifadəsinə nəzarət edir,yoxsa baş aldadır?
6-08-2020, 12:14

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Təmir və Tikinti” MMC paytaxtın Xətai rayonundakı 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşası (1), Nəsimi rayonundakı 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən inşası (2), Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi (3) və Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpusların tikintisi (4) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

Tenderlərin qalibləri müvafiq olaraq “TVM İnşaat”, “Kəmər İnşaat”, “Planet Construction” və “GM Construction” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 1 496 017 manat, 1 317 301 manat, 709 336 manat və 2 494 061 manat, ümumilikdə 6 016 075 manat ödəniləcək.

Maraqlıdır ki, 4 şirkətin hamısının vergi borcu var. Belə ki, “TVM İnşaat” dövlət büdcəsinə 66 718 manat, “Kəmər İnşaat” 1 146 manat, “Planet Construction” 669 manat, “GM Construction” isə 5 manat borcludur.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin qərarı ilə ötən ilin fevral ayında yaradılıb.İcra Hakimiyyətindən həmin dövrdə mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi.İcra Hakimiyyətindən o da əlavə edilmişdi ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Bəs Eldar Əzizovla Abit Əliyev tandemi ayrılan vəsaitin səmərəli istifadəsinə həqiqətənmi nəzarət edir,yoxsa…?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti 25.07.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.Hüquqi ünvanı Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 3D, m. 8 olan MMC-nin analoji işlərdə təcrübəsinin olmaması indiyə qədər heç bir tenderin qalibi olmamamsından görsənir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “KƏMƏR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.10.2013-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Abbasov Bahadır Yaqub oğludur.Hüquqi ünvanı Xətai rayonu Rahib Məmmədov ev 22,mən.85 göstərilən MMC-nin də analoji işlərdə təcrübəsinin olmaması indiyə qədər heç bir tenderin qalibi olmamamsından görsənir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “PLANET CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti 05.04.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur.Hüquqi ünvanı Binəqədi qəsəbəsi.Əcəmi Naxçıvani ev 4 mən 5 göstərilən bu MMC-nin də analoji işlərdə təcrübəsinin olmaması indiyə qədər heç bir tenderin qalibi olmamamsından görsənir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “GM CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.01.2016-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov İlqar Maarif oğludur.Hüquqi ünvanı Nizami rayonu Heydər Əliyev prospekt 189 göstərilən bu MMC Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində tikintisi üzrə elan etdiyi 4 tenderin qalibi olub.

Aktualinfo.org xatırladır ki,Eldar Əzizovun bir başçı olaraq sözügedən MMC-ni hansı zərurətdən yaratdığı barədə bir müddət əvvəl oxuculara məlumat vermişdi.Onun bu MMC-ni Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında yaratmaqda məqsədi nə olub? Bu barədə də həmçinin.Qeyd edək ki, MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Eldar Əzizovun hələ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəmlərdən bu günə qədər yanında gəzdirdiyi Abit Əliyev.

Ümumiyyitlə isə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyətinə transfer etmək yolu ilə yarandığı gündən Bakı şəhərində təmir-tikint,abadlıq işlərinə ayırdığı vəsaitlərə diqqət yetirsək nələri görmüş olarıq? Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən yaradılaraq Abit Əliyevə həvalə olunmuş sözügedən qurum ötən ilin may ayında “İnpeks N” MMC ilə üst-üstə 22 574 263 manat dəyərində müqavilələr bağlamışdır.Hansı ki,“İnpeks N” MMC bu gün o işləri başa çatdıırmalı idi.Bu il,19.03.2020-ci il tarixdə isə Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalması üzrə keçirilmiş tenderdə yenə də “İnpeks N ” MMC ilə 19985998.07 manat dəyərində müqavilə bağlanıb.Bu isə ötən ilin may ayından bu ilin mart ayına qədər olan dövrdə “İnpeks N” MMC-yə 42 560 261 manat dəyərində dövlət sifarişinin verilməsi deməkdir. Bu dövlət sifarişləri qalib MMC tərəfindən karantin rejiminin elan olunması ilə əlaqədər tikinti işlərinin dayandırılığı bir vaxtda həyata keçirilirmi və mənzil fonduna aid hansı binaların təmiri, harada aparılır bizlərə bəlli deyil. Dəfələrlə yazdıqlarımıza baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti isə heç bir açıqlama vermir.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Eldar Əzizovun birbaşa nəzarətində olan qurum təkcə bir il içərisində paytaxtda yuxarıda göstərdiyimiz işlərin görülməsi üçün ümumi dəyəri 75 122 510 manat olan dövlət sifarişləri verib. Qurumun 15.05.2020-ci il tarixdə dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirdiyi tenderdə “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 4993996 manat dəyəri olan müqaviləni də bunların üstünə gəlsək, bu 80 116 506 manat edir. Qeyd edək bu rəqəmlər vahid dövlət satınalmaları portalından götürülmüşdür və tərəfimizdən aparılan təxmini hesablamalardır. Onu xüsusilə vurğulamaq istərdik ki,butun bunlar ancaq təmir tikintiyə ayrılan vəsaitlərdir.Biz hələ “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyətinın bu işlərin görülməsi, layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılmış vəsaitləri hesablamırıq.

Tenderlərin qalibi olan şirkətlərə gəldikdə isə.Son illər bu şirkərlər haqqında yayılan məllumatlar özlüyündə hər şeyi açıq-aydın göstərir.Aldıqları milyonlarla manat dəyərində dövlət sifarişlərini hansı maddi-texniki baza ilə,hansı yollarla həyata keçirirlər artıq hamıya məlumdur.Bu tender elanlarında görüləcək işlərin yerinin,konkret ünvanların göstərilməməsi, məlumatların olmaması isə,adamda istər-istəməz sabiq başçı Hacıbala Abutalıbovun Bakını viran qoyması,dağıtması təəssüratını yaradır.Sanki keçmiş İcra başçısının rəhbərliyi dönəmində Bakıda təmir-tikinti işləri heç aparılmayıb.Ya da Hacıbala Abutalıbov bu məqsədlərlə ayrılmış dövlət vəsaitini tamamilə mənimsəyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.