SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

"İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

Tarix:

28-07-2020, 15:54

/ 2 664 dəfə oxundu.
"İspan şərabı diplomatı”nın da adı “qara siyahı”da – Anar Məhərrəmovun paxırını öz atası açıb

Hakimiyyət kulislərində adı ən çox hallandırılan diplomatlardan biri də İspaniyadakı Fövqəladə və Səlahiyyətli səfirimiz Anar Məhərrəmovdur. Bu o adamdır ki, atası Abel Məhərrəmov vaxtilə Bakı Dövlət Universitetinin rektoru və Milli Məclisin deputatı işləyirdi.

“İşləyirdi” kəlməsini sözgəlişi yazmırıq. Azərbaycanda kimlərin necə deputat “seçilməsi” vaxtilə cibində mandat daşıyan Gülər Əhmədovanın yayılan səsyazısından məlum olmuşdu. Xatırlayırsınızsa, 2013-cü ildə Gülər Əhmədovanın fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə danışıqlarının video görünütüsü yayılmış və həmin söhbətdə sabiq “millət vəkili” deputat mandatlarının PA rəhbəri Ramiz Mehdiyev tərəfindən hərraca çıxarıldığını açıq şəkildə etiraf etmişdi. “Satılıq mandatlar”dan birini də alıb cibinə qoyan bizim haqqında danışdığımız Abel Məhərrəmov idi. O həm də Azərbaycanın ən böyük və qədim ali təhsil ocağı olan BDU-ya rəhbərlik edirdi. Abel Məhərrəmovun zamanında bu təhsil ocağının əsl rüşvət məkanına çevrilməsi heç kimə sirr deyil.

Sabiq rektorun oğlu Anar da çox keşməkeşli bir zamanda indiki vəzifəsinə təyin olunmuşdu. 2016-cı ilin aprelində Azərbaycan ordusu tarixə “4 günlük” müharibə kimi düşən döyüşlər aparır, ölkənin bir sıra iri məmurları gənclərə vətənpərvərlik dərsi keçirdilər. Onların önündə isə Abel Məhərrəmov gedirdi. Səhv etmirəmsə, aprelin 2-də və ya 3-də Abel Məhərrəmov tələbələrin qarşısına çıxıb hər kəsi vətən uğrunda döyüşlərə səsləmişdi. Hər kəs bu istiqamətdə ilk addımı çıxışçılardan gözlədiyi halda, ertəsi gün Abel Məhərrəmovun oğlunun İspaniyaya səfir təyin olması barədə sərəncam çıxdı. Öz oğlunu Avropa ölkələrindən birinə səfir göndərən bir atanın hansısa kasıbın övladını cəhbədə görmək istəməsi haqlı olaraq ictimai rəydə xoş qarşılanmamışdı. Üstəlik, boğazdan yuxarı nitqlər söyləyən bu ata Qərbi Azərbaycanda dünyaya göz açmış, dolayısıyla digər vətəndaşlarımızdan daha çox erməni şilləsini dadmışdı. İndisə başqasının övladını cəbhəyə, öz oğlunu isə xaricə səfir göndərirdi.

Üzərindən iki il keçəndən sonra isə İspaniyadan Abel Məhərrəmovun qalmaqallı sədaları gəlməyə başlamışdı. Media qurumları məlumat verirdilər ki, Abel Məhərrəmov oğlunun səfirlik etdiyi İspaniyaya dinlərarası dialoqla bağlı keçirilən konfransa yollanır. Həm də tək yox, Qafqaz Müsəlmanları Şeyxülislamı Allahşükür Paşazadə də onunla bir yerdə uçurmuş. Yəni Azərbaycan müsəlmanlarını təmsil edənlərdən biri də şeyxülislan, digəri Abel Məhərrəmov olacadı. İspanlar da bu heyətə baxıb Azərbaycanın möminliyə görə ikinci şəxsi və dost-düşmən arasına çıxarılmağa layiq dindarı kimi sabiq rektoru görəcəkdilər.

Di gəl ki, Azərbaycanın birinci və ikinci dərəcəli möminlərinin İspaniyaya səfərinin həm başlanğıcında, həm sonunda, həm də ortasında elə ciddi insidentlər baş vermişdi ki, bunu nə İslamın, nə də diplomatiyanın adına yaraşdırmaq mümkündü. Gəlin, 2018-ci ildə ölkənin bir sıra media qurumlarında dərc olunan həmin məlumatlara yenidən nəzər salaq.

"Yeni Müsavat” qəzeti yazırdı ki, İspaniyaya Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerinə əyləşdikdən sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib: “Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib”.

Sual edə bilərsiniz: Ölkəmizin 2 nömrəli dindarına aid olan 2 tonluq yük nə olsa yaxşıdır?

“Yeni Müsavat” bu suala da aydınlıq gətirərək yazır:

“Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı”.

Daha sonra Abel Məhərrəmovun 20 ildən bəri oturduğu kreslodan qovulması bu məlumatı təsdiqlədi. Hakimiyyət kulislərində gəzən söz-söhbətlərə görə, diplomatik toxunulmazlığından öz şəxsi biznesini gücləndirmək üçün istifadə edən Anar Məhərrəmovun qələmi də əslində 2018-ci ildə baş verən bu hadisə zamanı qırılıb. Rəsmi Bakı sadəcə Azərbaycanın adına ləkə gətirən bu biabırçılığı ört-basdır etmək, daha çox söz-söhbətə yol açmamaq üçün indiyədək “ispan şərabı” diplomatına toxunmayıb. Səfir isə hələ də öz biznesini, özü də eyni qaydada davam etdirir. Dəfələrlə təkrarlanan bu cür xoşagəlməz hadisələr artıq hakimiyyəti bezdirib və “ispan şərabı diplomatının” səlahiyyət müddəti tamamlanmadan geri çağırılması gözlənilir.

Ovqat.com

Şərhlər

XƏBƏR LENTİ