XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əflatun Amaşov: "Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa kimsə cəsarət edə bilməz"

Əflatun Amaşov: "Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa kimsə cəsarət edə bilməz"

Əflatun Amaşov: "Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa kimsə cəsarət edə bilməz"
15-07-2020, 14:51

Ordumuzla həmrəylik, Qarabağa dəstək şüari ilə keçirilmiş mitinqin yüksək statusuna xələl gətirilməsi, aksiyanın xaosa, anarxiyaya çevrilməsi Azərbaycan xalqının haqq işinə, dövlətə, dövlətçiliyə aşkar xəyanətdir. Belə bir hadisənin yaşanması utancvericidir”.

Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov vurğulayıb. O qeyd edib ki, “Görüntülərə tamaşa etmək həqiqətən ağırdır. Və o səhnələrin məsuliyyəti hər birimizin üzərindədir. Bunu danmaq olmaz”.

Ə.Amaşovun sözlərinə görə, “Hüquq-mühafizə orqanları qısa bir zamanda xəyanətə köklənmiş bu hərəkətləri araşdırmalı, günahkarları dərhal məsuliyyətə cəlb etməlidirlər. Hər hansı qüvvənin, siyasi məqsədlər güdən kəsimin özünə Azərbaycanda qərarlaşmış sabitlik mühitini poza bilmə haqqı tanımasının qarşısında qanunlarımızın sərt üzü dayanmalıdır. Bu istiqamətdə heç bir güzəşt olmamalıdır”.
Mətbuat Şurasının sədri bildirib ki, “Kimlərsə, hansı qüvvələrsə Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaosa bənzər duruma gətirə bilməz. Kimlərsə Azərbaycanı cəhalət, dini fanatizm yuvası olaraq təqdim edə bilməz. Kimlərsə azərbaycanlının Qarabağ çağırışına bu sayaq həqarətlə yanaşmağa cəsarət etməməlidir. Bu kimi xəyanətkar hallara münasibətdə, yenə də deyirəm, çox ciddi ölçü götürülməli, günahkarlar, düşmən dəyirmanına su tökənlər ən sərt şəkildə cəzalandırılmalıdır”.(konkret.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.