İcra başçıları pullarını ölkədən qaçırır... - ADLAR
"Vilyam Hacıyevin qalaq-qalaq pulları dövlətin əlinə keçəndən sonra bəzi ryon rəhbərləri əl-ayağa düşərək tədbir görməyə başlayıblar". Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, təkcə son bir ay ərzində ayrı-ayrı rayon rəhbərləri və onlara yaxın olan şəxslər tərəfindən ölkədən 100 milyon ABŞ dolları həcmində vəsait çıxarılıb. Mənbə dia.az-a açıqlamasında iddia edir ki, bu fakt gərəkən qurumlar tərəfindən araşdırılmaqdadır.
Əsasən vurulacağını gözləyən və keçmiş PA rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən rayon rəhbərlərinin belə rədarükdə olduğunu qeyd edən mənbə dia.az-a açıqlamasında onu da bildirib ki, konkret proses günü bu gün də davam edir.
Dia.az xatırladır ki, son günlər yerli KİV-də Quba, Şəmkir, Astara, Masallı və Ağcabədi rayon başçılarının ciddi təlaşda olduqları vurğulanır. Bəlkə də pullarını xaricə ötürənlər arasında onlar da var. Bu isə araşdırma tələb edən məsələdir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddialarla bağlı bütün maraqlı tərəflərin fikirlərini işıqlandırmağa hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək