Rayonlara getməyə icazə veriləcək? - RƏSMİ
"Müraciətlər çox olur ki, rayonlara getməyə hansısa şərtlər əsasında icazə olsun. Lakin hər hansı şəxs özünü sağlam hiss edib Bakıya gələn və ya burdan gedərkən kimisə yoluxdura bilər. Tarix boyu epidemiyalara qarşı ilk silah karantin rejiminin tətbiqidir”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB rəsmisi qeyd edib ki, epidemioloji vəziyyət nəzərə alınaraq bu gün kimsəni riskə atmamaq üçün bu istiqamətdə qərar verilə bilməz.
Y.Qarayeva bildirib ki, Azərbaycanın bütün bölgələrində çalışan tibb işçiləri arasında yoluxmalar da var:
“Ölkəyə gələn həkimlər də bu işdə bizim tibb işçilərimizə xüsusi dəstək olacaq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək