Ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun doğum günü qeyd olunub
Bu gün ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun 98 yaşı tamam olur. Bu münasibət ilə Nərimanov rayon gəncləri Əlikişi Cümşüdovu ziyarət etmiş, onu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik etmiş, xoş arzularını çatdırmışlar.
Qeyd etmişlər ki, gəncliyi çətin illərində məşəqqətli günlər yaşamış, uzun döyüş yolu keçmiş, üç dəfə yaralanmağına baxmayaraq yenidən səngərə qayıtmış veteran müharibədən sonra da çalışdığı zaman dəqiqliyi, xidmətdəki nümunəvi fəaliyyəti ilə seçilib, kollektivdə hörmət sahibi olmuşdur. Hazırda ölkəmizin ən yaşlı polis veteranıdır.
Eyni zamanda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təşkil olunmuş onlayn bayram tədbirində iştirak edən 100 nəfər gənc canlı olaraq polis veteranı Əlikişi Cümşüdovu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik etmişlər.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...