"Çin Karqo" şirkəti 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Daxili İşlər Orqanlarının bütün şəxsi heyətini təbrik edir
- 1-07-2020, 10:43
- 2 147
"Çin Karqo" şirkətinin rəhbəri daha sonra qeyd edib ki, Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri nin olduğunu xüsusilə vurğulayıb. Şamil Heydərov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirərək, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirildiyini nəzərə çatdırıb.
Azərbaycan polisinin güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olduğunu qeyd edən Şamil Heydərov, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verdiyini vurğulayıb.
İş adamı, Azərbaycan polisinin keçdiyi tarixi yolun bugünkü nəsil üçün örnək olduğunu, xalqımızın Azərbaycan polisinə böyük inam bəslədiyini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətlərinin danılmaz olduğunu söyləyib.