SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cinayət əməllərində adları hallanan DSMF-nin Gəncədəki əməkdaşlarının FOTOLARI

Cinayət əməllərində adları hallanan DSMF-nin Gəncədəki əməkdaşlarının FOTOLARI

Tarix:

30-06-2020, 08:58

/ 1 390 dəfə oxundu.
Cinayət əməllərində adları hallanan DSMF-nin Gəncədəki əməkdaşlarının FOTOLARI

Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər Dövlət Sosial Müdafiəsi Fondunun əməkdakdaşları kimlərdir?
Baku.ws-ə istinadla xəbər veririk ki, həbs olunan şəxslərdən DSMF-nin Kəpəz rayon şöbəsinin müdir müavini Bəyəli Xəlilov uzun müddət bu sektorda çalışıb.

Əvvəllər DSMF nun Nizami rayon Şöbəsində sektor müdiri və müdir müavini vəzifəsində işləyib. Daha sonra bu vəzifəni Kəpəz rayonunda icra edib.

Elçin Ələkbərov isə bir müddət Kəpəz rayon DSMF-da sektor müdiri işləsə də, sonradan Nizami rayonunda adi məsləhətçi kimi işə başlayıb. Bir müddət sonra isə tamamiilə bu sahədən uzaqlaşdırılıb və işssiz olub.
Həbs olunanlardan Arif Qənbərov Kəpəz rayon DSMF nun direktoru olub.
Ardından Nizami rayon Məşğulluq Mərkəzinin direktoru təyin edilib. Bu vəzifəni onun barəsində cinayət işi açılmayan müddətə qədər icra edib.

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilən Nizami Əhmədov isə DSMF nun Kəpəz rayon Şöbəsinin müdiri vəzifəsindən öncə (2000 ci illərin əvvəllərində) qısa zaman millət vəkili olub. Daha sonra DSMF nun Nizami, ardından isə Kəpəz rayon Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nizami Əhmədovla birlikdə eyni maddə ilə təqsirləndirilən Səmayə Eminova da Kəpəz rayon DSMF da çalışıb.

Məlumat üçün bildirək ki, Baş Prokurorluq və Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyi bu şəxslər və digərləri-Şahin Məmmədov, Əbülfəz İbrahimov da daxil olmaqla cinayət əməlləri barəsində məlumat yayıb və adı çəkilən şəxslərin bir qismi həbs edilib.
Cinayət əməllərində adları hallanan DSMF-nin Gəncədəki əməkdaşlarının FOTOLARI


Şərhlər

XƏBƏR LENTİ