SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elçin Quliyevin nazir olmaq istəyi utopiyadan başqa bir şey deyil ​

Elçin Quliyevin nazir olmaq istəyi utopiyadan başqa bir şey deyil ​

Tarix:

23-06-2020, 10:40

/ 2 053 dəfə oxundu.
Elçin Quliyevin nazir olmaq istəyi utopiyadan başqa bir şey deyil ​

Son vaxtlar bəzi media qurumlarında, ələlxüsüs Gundemxeber.Az saytında Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin və onun yaxın çevrəsinə daxil olan bəzi şəxslərin çoxsaylı qanunsuzluq əməlləri, sahib olduqları var-dövlət, həyata keçirdikləri yarıtmaz idarəçiliyin mahiyyəti və s. haqda silsilə açıqlamalar yayımlandıqca, geniş ictimaiyyət bu şəxslər haqda daha müfəssəl məlumatlar əldə edə bilirlər.

Bir daha hər kəsin diqqətinə çatdırırıq ki, Gundemxeber.Az saytı olaraq hələ bir müddət bundan öncə Dövlət Sərhəd Xidmətində və ona tabeli olan qurumlarda baş verən hər cür iyrənclikləri ​ ictimailəşdirdikcə, bəzi şəxslər tərəfindən redaksiyamıza telefon zəngləri olundu və ictimailəşdirilməli problemlərin çox olduğunu da dilə gətirdilər. İndi isə müəyyən nüansların varlığına diqqət yetirək və bəzi problemlərin varlığını hər kəsin də dqqətinə çatdıraq. Yəni, onu qeyd etmək istəyirik ki,​ bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini daşıyan general Elçin Quliyevin və ona sıx bağlı olduğu bildirilən bəzi generalların Binədə, Novxanıda, Nabranda, Qusarda və ölkəmizin digər səfalı bölgələrində yüz hektarlarla torpaq sahələri, müxtəlif növ meyvə bağları, fermer təsərrüfatları, bir çox mülkləri, obyektləri və digər əmlakları var. Bir sözlə, onların sahib olduqları var-dövləti sadalamaqla qurtarmaq heç cürmümkün deyil. Bəzi iddialara görə, ​ bu şəxslərin Bakı şəhərində neçə-neçə mənzlləri var ki, onlar həmin mənzilləri fantastik məbləğdə kirayəyə veriblər.

​ ​ ​ ​ Düşündürücü hal odur ki, bu şəxslərin təkcə ölkəmizin ərazisində deyil, hətta xarici ölkələrdə, o cümlədən Türkiyənin müxtəlif şəhərlərində, Praqada, Şvetsariyada və dünyanın başqa-başqa ölkələrində bahalı evləri, bir neçə milyon manatlarla dəyərləndirilən bahalı villaları var. Hal-hazırda iş o yerə gəlib çatıb ki, həmin şəxslər əldə etdikləri külli miqdarda var-dövlət hesabına, ölkəmizin aparıcı dövlət qurumlarına öz adamlarını yerləşdirməyi də bacarıblar. Yəni, onlar belə bir addımları ilə dövlət içində dövlət yaradaraq, bir növ sabiq nazir Eldar Mahmudovu kölgədə qoyublar.

​ Bəzi iddialara görə, bu gün Dövlət Sərhəd Xidmətinin rəisi ölkəminiz müdafiə naziri olmaq arzusu ilə yaşayır və o, belə bir niyyətini “çin etmək” üçün az qalır ki, “dəridən-qabıqdan çıxsın”. Amma, Elçin Quliyev o halın varlığını unudur ki, Azərbaycan cəmiyyətində ona qarşı böyük bir inamsızlıq hissi formalaşıb. Çünki, adı çəkilən bu şəxs Azərbaycanın Qazax rayonunda Gürcüstan Respublikası ilə olan sərhədində yaşanan məlum olaydan sonra, olub-qalan nüfuzunu heçə endirdi. Bir anlığa diqqət yetirək ki, ölkəmizin sərhədlərinin qorunması Müdafiə Nazirliyindən alınıb Dövlət Sərhəd Xidmətinə verildikdən ötən bir il ərzində, sərhəd postlarımızda altı nəfər sərhədçimiz şəhid oldu. Yəqin hər kəs diqqət yetirib ki, Elçin Quliyev ön cəbhədə olarkən nizamnamə qaydalarını tapdaqlar altına atır, əsgər və zabit heyyəti ilə bronjiletsiz, dəbilqəsiz görüşür. Bu da onu söyləməyə əsas verir ki, Elçin Quliyev bir hərbçi olaraq olduqca hazırlıqsız və hərb sahəsindən məlumatı olmayan bir şəxsdir.
​ Bu yöndə araşdırmamız davam edəcək. Bizi izləyin.

http://gundemxeber.az/gundemxeber/58070-dsx-nin-reisini-ictimaiyyet-hansi-emellerine-gore-topa-tutur-shok-faktlar.html

http://gundemxeber.az/gundemxeber/57899-dsx-rehberinden-budce-talanchiligi-ve-dovlet-ichinde-dovlet-quruculugu-qohumbazlq-yerlbazlq-tugyan-edr.html

Şərhlər

XƏBƏR LENTİ