XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əbülfəz Məlikovla bağlı ŞOK GİZLİNLƏR - Gömrük KRALININ Ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesİ

Əbülfəz Məlikovla bağlı ŞOK GİZLİNLƏR - Gömrük KRALININ Ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesİ

Əbülfəz Məlikovla bağlı ŞOK GİZLİNLƏR - Gömrük KRALININ Ermənistanda silah, narkotka və digər qazanc gətirən biznesİ
21-06-2020, 19:45

Əbülfəz Məlikov "Meyvəli”yə göndərilməmişdən əvvəl hakimiyyətin iqtisadi qanadında önəmli rolu olan bir neçə şəxsdən onun hökumətdə yüksək vəzifəyə gətirilməsi üçün lobbi dəstəyi xahiş edib.

İxa.az-n məlumatına görə, bu barədə keçmiş gömrük generallarından birinin iddiasında belə deyilir.

İddaya görə, Əbülfəz Məlikov 2004-cü ildən "Broker” MMC kimi səs salan şirkətlə fəaliyyətə başlayıb, 12 il müddətində hər ay idxaldan 10 milyon manat pul qazanmaqla ortaya ağılagəlməz bir rəqəmi qoyub.

Bəs onda bu milyonlar necə qazanılır?.

...quldurluqla, qanla, düşmənə satılmaqla...?

Deyə bilərik ki. ölkədə erməni çetesi yaradan bir qrup qanıqarışıqlar özlərinə sərvət yığmaqla qənayətlənməyib və ölkənyə xəyanət etməklə əhalini erməni məhsulları ilə zəhərləməkdən belə çəkinməyiblər. Bu fakt o. zamanlarlar təyyardə olan söhbətdə də öz əksini tapıb.

Beləki, Əbülfəzlə bağlı iddialarda o da məlum olub ki, tez-tez Bakıdan Moskvaya uçan Raisa Ovanesyan və Rena Məlikovanı Moskvada kortejlə Ara Abramyan qarşılayır. Mənbə onu da söyləyir ki, Abramyan - Məlikov çetesinin qazandığı pullardan, zay məhsulların erməninin əli ilə ölkəyə gətirilməsindən və başqa gizli məqamlardan o vaxtlar DGK-nin sədr müavini Səfər Mehdiyevin də xəbəri olsa da, bunu Əbülfəzin şefinə çatdırmır. Çünki həmin miliyonlardan Əbülfəz ona da pay verib. Söhbətin komitə sədrinin müavinindən getdiyi məlumdur. Həm də onun özündən Əbülfəzdə o qədər "kompramat” var ki, ona görə də qorxusundan Abramyan - Məlikov barədə susmağa üstünlük verir. Bunun nəticəsində də Ovanesyanların tapşırığı ilə Broker MMC-nin işçiləri ölkəyə daxil olan sadə camaatın evinə gətirdiyi ərzaq məhsullarını belə əlindən alınır və incidilir. Bu hal gömrük orqanlarında tez-tez baş verir.

Bundan başqa əlimizə ulaşılan rəsmi sənədlərdə oda deyilir ki, vaxtı ilə "Trans Broker” MMC kimi qeydiyyatdan keçən və Əbülfəz Məlikovun rəhbərlik etdiyi qurumun uzun illər iş adamlarının, sahibkarların başına açdığı zülmlər saya hesaba gəlməyib. Ölkəyə istənilən məhsulu gətirmək istəyən iş adamı mütləq Əbülfəz Məlikova "haqq” ödəməyə məcbur edilib. Əslində Əbülfəz Məlikov ölkənin "baş monopolist”i vəzifəsini icra edib. Və dövlət büdcəsinə daxil olmalı pullar birbaşa vaxtı ilə "baş broker”in və onun şəbəkəsinə büdcəsinə axıdılıb. Söhbət 100 milyardların necə bölünməsindən və erməni lobbisinə çatdırılan milyonlardan gedir.

Daxil olan məlumata oda bildirilir ki, həmin qara biznesdən Ovanesyan ailəsinə 100 milyona yaxın pul çatdırılıb. Həmin Ovenasiyan ailəsindir ki, o həm Rusiyada həm də ermənistanda silah, narkotka və digər qazanc gətirən biznes sahələrinə sahibdir.

Bundan başqa ən son əldə olunan məlumata görə, Əbülfəz Məlikovun və Anar Allahverdiyevin AXCP sədri Əli Kərimli ilə yaxın əlaqələri olub və vardıdır. Bu barədə hakimiyyət komandasının yüksək çinli müəyyən şəxslərində mühüm məlumatlar da verilib. AMMA...

Azərbaycan Gömrüyünün "kralı" uzun illərdir ki, gömrük sahəsini monopoliyada saxlayaraq milyardlar oğurlayan Əbülfəz Məlikovun hazırda gömrüklə olan əlaqələri ciddi şəkildə araşdırılmalıdır. Həmçinin Ə.Məlikovun Rusiyada həm də ermənistanda silah, narkotka və digər qazanc gətirən biznes sahələrində əlbir olduğu hər kim varsa cəzası verilməldir.

Bu və digər informasiyalarla bağlı geniş məlulmat verməyə çalışacağıq. Bizi izləyn

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

İxa.az

ardı var

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.