XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Samir Şərifovu MTN-ə satan məmur vəzifə iddiasında: Nadir Qarayev kimə güvənir?

Samir Şərifovu MTN-ə satan məmur vəzifə iddiasında: Nadir Qarayev kimə güvənir?

Samir Şərifovu MTN-ə satan məmur vəzifə iddiasında: Nadir Qarayev kimə güvənir?
9-06-2020, 10:07

Ötən ilin sonlarında Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Həmin Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edildi və onun funksiyaları Nazirliyin Aparatına verilməklə bərabər, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradıldı.Maliyyə nazirliyindən daxil olan məlumata görə prezident İlham Əliyevin Maliyyə Naziliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması haqqında Fərmanına ən çox sevinən məmur 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev olub. Belə ki, uzun müddətdir Maliyyə Nazirliyi yanında müstəqil Dövlət Xəzinadarlıq Agentliyinin yaradılmasını intizarla gözləyən Nadir Qarayev adı çəkilən qurumun rəhbəri olmaq istəyi ilə “alışıb yanır”.
Pezidentin Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması ilə bağlı verdiyi Fəmnadan dərhal sonra Nadir Qarayev və havadarları hərəkətə keçiblər. Çünki adı çəkilən qurumun rəhbərliyinə Maliyyə Naziri Samir Şərifovda öz kadrını gətirtmək istəyindədir. Məhz buna görədə nazir müavini Azər Bayramov və Nadir Qarayev bütün əlaqələrini işə salmaqla rəqiblərini zərərsizləşdirmək istəyirlər. Nazirlikdəki mənbənin bildirdiyinə görə Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agnetliyinin rəhbəri vəzifəsinə təyin edilməsi üçün çalışsa da onun keçmişi bu prosesə mane olur. Nadir Qarayevin Dövlət Xəzinədarlığı Agentliyinin baş direktoru vəzifəsinə sahiblənə bilməməsinin əsas səbələri “MTN işi” ilə bağlıdır. Mənbə bildirib ki, Rabitə və Texnologiyalar nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olublar. Elə Nadir Qarayevi Akif Çovdarovla əməkdaşlıba cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Belə ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib Dostunu Akif Çovdarovun caynvqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib. Hər halda saytımıza məlumat verən mənbə bunları iddia edir.
Mənbə həmçinin bildirir ki, Vidadi Zeynalovun vasitəsi ilə keçmiş MTN genraliteti ilə dostlaşan Nadir Qarayev istər Akif Çovdarova, istərsə də şəxsən Eldar Mahmudova Maliyyə nazirliyi və həmçinin nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb. Nadir Qarayevin ötürdüyü məlumatlar sayəsində isə MTN Maliyyə nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs ediblər və onlardan külli miqdarda pul alıblar. Saytımıza daxil olan məlumata görə 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən sonra isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.

cumhuriyyet.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.