SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Quliyevin sayəsində Elman Nuriyev daha nə kimi adlar alacaq?

Zakir Quliyevin sayəsində Elman Nuriyev daha nə kimi adlar alacaq?

Tarix:

8-06-2020, 11:09

/ 2 044 dəfə oxundu.
Zakir Quliyevin sayəsində Elman Nuriyev daha nə kimi adlar alacaq?

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin barəsində yayılan məlumatlar gün-gündən çoxalır.Onun xarici ölkələrdə sahib olduğu,dəyəri milyonlarla ölçülən var- dövləti və eləcə də ən yaxın ətrafına məxsus mülklər barədə üzə çıxanlar Əhməd Əhmədzadənin tezliklə vəzifəsindən yıxacağı iddiasını da ortaya atır.Lakin uzun illərdir səslənən bu versiyaların özünü doğrultmadığını zaman da təsdiqlədi. Hakimiyyətə sədaqətli biri olduğunu sübut etməklə Əhməd Əhmədzadənin özü də.Bununla belə,yaş da öz sözünü deyir və yaxın zamanlarda Əhməd Əhmədzadənin vəzifəsi ilə vidalaşacağı artıq qaçılmazdır.

Onun yerinə göz dikənlər,diş itiləyənlər isə sözsüz ki,çoxdur.Dövrü mətbuatın hələ 2010-15-ci illərdə yaydığı məlumatlara görə Əhməd Əhmədzadənin hazırda birinci müavini vəzifəsini daşıyan Zakir Quliyev səhmdar cəmiyyət sədrinin kreslosuna çoxdan göz dikib.O vaxtlar müavin postuna Əhməd Əhmədzadə tərəfindən hələ təzə gətirilmiş Zakir Quliyevin bu kimi iddialara düşməsi nə qədər inandırıcı olmasa da,bu gün də bir o qədər inandırıcı görsənir. Zakir Quliyevin keçmiş fəalliyyəti barədə dövrü mətbutda kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Onun barəsində yazılanlar sədri Əhməd Əhmədzanin haqqında yazılanlarda heç də az deyil.

Aktualinfo.org bu yazıda Zakir Quliyevin deyil, vaxtı ilə Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri vəzifəsini tərk etdikdə öz yerinə təyin etdiyi yaxın qohumu Elman Nuriyev barəsində verilən yeni məlumatlara toxunacaq.Qeyd edək ki, Elman Nuriyev bu günlərdə,daha doğrusu iyun ayının 4-də Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqadər Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Mühəndis ” fəxri adına layiq görülüb.İndi gəlin görək Elman Nuriyev bu fəxri ada öz əməyi sayisəndə layiq görülüb,yoxsa qohumu Zakir Quliyev sayəsində?

Elman Nuriyevin rəhbəri olduğu Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi sel sularının, daşqınların qarşısının alınması məqsədi ilə dövlətin il ərzində ən çox vəsait ayırdığı qurumlardan biri olduğunu bəlkə də çox adam bilmir. Qeyd edək ki, bu idarəyə Respublikmızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi,çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi üçün hər il külli miqdarda vəsitlər ayrılır.Məlumatlara görə bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni,müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir,israfçılığa yol verilir ki,nəticədə də müdir Elman Nuriyev tərəfindən bu yolla mənimsənilir.Burada külli miqdarda dövlət vəsaitini müxtəlif yollarla kənarlaşdırmaq çox asandır.Elə Zakir Quliyev də vaxtı ilə,hələ ictimai nəzarətin o qədər də güclü olmadığı dönəmlərdə burada özünə var-dövləti məhz bu yollarla toplaya bilib. İndi isə eyni yolu təbii ki,onun qohumu Elman Nuriyev gedir. Məlumatlara görə idarəyə lazım olan mal-materialların,texniki avadanlıqların,maşın-mexanızmlərin ehtiyyat hissələrinin satın alınması üçün heç bir tender keçirilmir,birbaşa müqavilə yolu alınır.Bu da bir daha dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan amillərdəndəndir ki,hələ bir çox dəqiqləşdirilməyən məlumatı bura əlavə etmək istəmirik.

Bütün bu kimi talançılığa yol verməsinə baxmayaraq Elman Nuriyev hələ 4 iyun 2012-ci ildə də “Tərəqqi” medalı ilə təltif olunmuşdu.Bu il isə yuxarıda qeyd etdiyimiz kimi Elman Nuriyev “Əməkdar Mühəndis”fəxri adı aldı.Yaxın gələcəkdə,qohumu Zakir Quliyevin sayəsində Elman Nuriyev görəsən daha hansı adları alacaq?

Şərhlər

XƏBƏR LENTİ