Azərbaycanlı səfir xanımına Londonda şirkət açıb - FOTOFAKT
Azərbaycanın vaxtilə Çexiyadakı, 2014-cü ildən isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib.
Reportyor.info-nun verdiyi məlumata görə, bu haqda jurnalist Cavanşir Həsənli yazıb. 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılır.
Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.
İndi səfir çıxıb izahat verəcək ki, bu lobbiçilik şirkətidir, ictimai əlaqələr və kommunikasiya fəaliyyətilə məşğuldur və s. Amma fərq eləmir, bu kommersiya təşkilatı tipidir, biznes fəaliyyətinə aid olunur və vergi öhdəlikləri yaradır.
Ülviyyə Tağızadə onsuz da İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir və vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir. Hələ ötən il fevralın əvvəlində Azərbaycanın Çexiyadakı o vaxtkı səfiri Fərid Şəfiyevin də xanımı Ülkər Şəfiyevanın adına şirkət açması barədə sənədlər yayılandan 17 gün sonra o, geri çağırılmışdı.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...