SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti”

"Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti”

Tarix:

23-05-2020, 12:38

/ 5 887 dəfə oxundu.
"Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti”

22.05.2020-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti” mövzusunda videokonfrans keçirilib. Konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin müavini (İ.Mahmudova) və əməkdaşları, ümümtəhsil və məktəbəqədər təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai təşkilatların sədrləri, gənclər və könüllülər iştirak ediblər. İradə xanım Mahmudova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Ramazan Bayramı və Respublika günü münasibəti ilə təbrik edib, Uca Tanrıdan edilən dualarını qəbul olunmasını arzulayıb.
Çıxışında İ.Mahmudova ümumbəşəri bəla olan koronavirus (COVID-19) adlı pandemiyaya qarşı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin təlimatı ilə Operativ Qərargah yaradıldığını, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildiyi barədə ətraflı məlumat verdi. İnfeksiyanın geniş yayılmasının qarşısının alınmasında evdə qalmaq çağırışlarına əhalinin əksəriyyətinin əməl etməsi, bir-birinə yardım göstərmələri, müxtəlif məzmunlu sosial aksiyalar cəmiyyətdə ruh yüksəkliyi yaratdığını, çətin sınaqlardan birgə çıxmağın nümunəsi olduğunu qeyd etdi. Koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bu işlərdə xüsusilə aktivlik göstərən Nərimanov rayon gənc fəalları və könüllüləri tərəfindən "Siz evdə qalın biz sizə gəlirik" adlı ümumrayon aksiyası çərçivəsində həyata keçirilən müxtəlif sosial layihələri xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasında Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivlərinin fəal iştirak etdiklərini bildirdi. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bəzi yüksəkvəzifəli şəxsləri öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edərək ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan etdikləri hərəkətlərlə bağlı, onlara qarşı hüquqi tədbirlər görülməsini dəstəkləmişdir.Videokonfransda C.Abdullayev adına Azərbaycan ET Kardiologiya İnstitutunun direktoru· Gülnaz Dadaşova, “Tərəqqi” Liseyinin direktoru Nasim Abışov, Vətən Müharibəsi Veteranlar Birliyinin sədri Qurban Osmanov“Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti” mövzusu ilə bağlı öz fikirlərini bildirmisdi.

Şərhlər

XƏBƏR LENTİ