Biz Sizinlə güclüyük, cənab Prezident
- 21-05-2020, 11:21
- 1 618
Bu gün dünyanı cənginə alan xəstəliklə-COVID-19-la mübarizədə ölkəmiz liderdir. Hətta bir çox ölkələrə nümunədir. Bu isə cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsidir. Biz inanırıq ki, bu mübarizədən də alnıaçıq, üzüağ çıxacağıq.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, xalqımızın bu çətin günlərindən yararlanmağa çalışan, yalnız şəxsi mənafelərini güdən bəzi icra başçıları və dövlət məmurları oldu ki,onlar da qanun qarşısında layiqincə cavab verdilər.Bütün bu hadisələr xalqın öz prezidentinə olan inamını daha da artırdı.
Cənab Prezident bütün dünyanı əhatə edən bu bəladan qurtulmağın yolunun birlik olduğunu bildirən ölkə rəhbəri virus qonşu ölkələrdə özünü göstərdiyi ilk vaxtlarda artıq fövqəladə tədbirlər planını başlatmış, əhalinin psixoloji və maddi zərərini minimuma endirmək üçün əmrlər imzalamışdır. Bir daha gördük ki, ölkə rəhbəri və xalq bu mübarizədə bir yumruq kimi birləşərək uğurlu nəticə əldə etmişdir.
Cənab Prezidentin xalqımıza göstərdiyi qayğı əvəz olunmazdır. Nə xoş bizə ki, cənab İlham Əliyev kimi Liderimiz var. Biz Sizinlə güclüyük, cənab Prezident.
Zudov Aleksandr Nikolayeviç
Əməkdar idman ustası