XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Cavid Qurbanovun adı hallanan qalmaqalda köhnə hamam, köhnə tas... - Narazılar QSC sədrinə inanmır...

Cavid Qurbanovun adı hallanan qalmaqalda köhnə hamam, köhnə tas... - Narazılar QSC sədrinə inanmır...

Cavid Qurbanovun adı hallanan qalmaqalda köhnə hamam, köhnə tas... - Narazılar QSC sədrinə inanmır...
18-05-2020, 18:43

Keçən günlərdə Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisində işləmiş bir qrup şəxsin şikayət məktubunu yayınlamışdıq. Qeyd edək ki, hələ də maaşlarını ala bilməyən narazı vətəndaşlar mətbuat vasitəsi ilə prezident Əliyevdən və Mehriban Əliyevadan kömək də istəmişdilər. Müraciətdə deyilirdi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanova məxsus olan Azəryol Tikinti MMC-nin rəhbərliyi 4 ay qul kimi işlətdiyi işçilərin əmək haqqını vermək istəmir. Sonradan isə ortaya koronavirus pandemiyası çıxdığından narazı fəhlələrə verilən "Novruz bayramı ərəfəsində ödəyəcəyik" vədi də boşuna çıxdı. İndi isə aradan az qala 8 ay vaxt keçir.

DİA.AZ xatırladır ki, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən Azəryol Tikinti MMC –də fəhlə, mühafizəçi və digər vəzifələrdə işləyən fəhlələr o zaman mətbuata yazırdı: "Azəryol Tikinti MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi bizi aldadıb aradan çıxdı. Həttda Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm. Azər Hüseynov Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.

Biz indi çıxılmaz vəziyyətdə qalmşıq. 4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq. Ancaq Cavid Qurbanovun yaxın adamı. ona məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb daha da yoxsul, ac vəziyyətə saldı".

Burada diqqətçəkən məqam həm də o idi ki, narazı vətəndaşlar olduqca ilginc faktı da açıqlayırlar: "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi Azəryol Tikinti MMC-nin udması heç də təsadüf deyil.Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun sözündə həqiqət var ki, onu Cavid Qurbanov himayə edir ki, o bu tenderi udub və fəhlələri qul kimi işlədib əmək haqqlarını mənimsəyib vermir.Azər Hüseynovun bu əməli cinayət tərkibi yaradır ki, hüquq mühafizə orqanları bunu araşdırıb onu həbs etməlidir.Ancaq Cavid Qurbanovun himayəsində olduğu üçün Azər Hüseynovun barəsidnə qanunu tədbir görən yoxdur".

Onu da bildirək ki, hazırda məhz bu kimi faktlar dövlətin müvafiq qurumlar tərəfindən ciddi şəkildə araşdırılır. Son günlər isə Dövlət Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun MƏMUR DƏLƏDUZLUĞUNA qarşı keçirdiyi əməliyyatlar isə xüsusi olaraq haqqı tapdanan vətəndaşlarda böyük inam yaradıb. Bütün bunlar isə rəvac verir ki, yuxarıda qeyd olunan məqamlar da məhz həmin dövlət qurumları tərəfindən ciddiyə alınacaq, ciddi şəkildə araşıdırlacaq.

Bütün tərəfləri dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq..

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.