“Sxodka kralı” olan azərbaycanlı “oğru”nun məzarına xaç qoyuldu - İLGİNC FOTO
Məşhur azərbaycanlı “qanuni oğru” Vaqif Mirzəyevin Alma-Atı şəhərindəki məzarının fotosu yayılıb.
Fotoda azərbaycanlı “oğru”nun məzarının üstündəki xaç işarəsi diqqəti çəkib.
Məlumat üçün bildirək ki, kriminal aləmdə Ramanalı Vaqif kimi tanınan “qanuni oğru” 1951-ci ildə Bakıda anadan olub. 1977-ci ildə Qazaxıstanda “taclandırılıb”. Ona status verənlər arasında Montinli Çingiz (Çingiz Səfərov), Ağaşka Bakinski (Ağarza Kazımov), Göygöz Sabir (Sabir Məmmədov) da olub.
Azərbaycandan olan ən məşhur “oğrular”dan biri Bəxtiyar Kərimov (Novxanılı Baho) da 1982-ci ildə Vaqif Mirzəyev tərəfindən Bakıda “taclandırılıb”. Vafiq Ramanalının status verdiyi “oğru”lar arasında İlham Allahverdiyev də var. Kriminal aləmdə İlham Vosmoyski kimi tanınan bu şəxs 1989-cu ildə Bakıda status alıb.
Kriminal aləmdə “sxodkalar kralı” kimi də tanınan Vaqif Mirzəyev 1993-cü ildə vəvat edib və Alma-Atıda dəfn olunub. 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək