İcra başçısı “Razin dağı”nın qabağını satıb (FOTO)
Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev Bakıxanov qəsəbəsində yerləşən “Razin dağı”nın qabağını da satıb...
Mağaranın ərazisi bir sahibkara verilib və yerində obyekt tikilir.
Bildirilir ki, A.Vəliyev Sabunçu rayonunda boş torpaq qoymur. İcra başçısı gözəgəlimli yerləri peşkəş edib.
Tarixi məlumatlara görə, “Razinin xəzinəsi” bu dağdakı mağaradadır. Rəvayətə görə, mağaraya gələn kazak quldur Stepan Razinin taladığı sərvəti və əsirləri, həm də Salyan xanının qızını əsir götürüblər.
Deyilənə görə, Razin xanın qızı ilə bu mağarada bir müddət yaşayıblar. Rəvayət olunur ki, sonra onu “su tanrısı” İvan Qorınoviçə qurban vermək üçün Xəzərə atıb.
Sovet vaxtı hər mayın 2-də bu dağda insan izdihamı olarmış. 1 may Əməkçi Gününün ertəsi insanlar burada piknik təşkil edirdilər. İndisə dağın önü satılıb və qarşısında tikinti aparılır.(hit.az)




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək