XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İranda adi həkim Bakıda necə məşhur cərraha çevrildi?

İranda adi həkim Bakıda necə məşhur cərraha çevrildi?

İranda adi həkim Bakıda necə məşhur cərraha çevrildi?
13-05-2020, 00:43

Bildiyiniz kimi ölkəmizdə qeyri-qanuni olaraq fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı, “həkim” plastik-estetik cərrah; hazırda Baku Medikal Plazanın Babək filalında çalışan Sirus Qoçqani arzuolunmaz formada ilk dəfə model Leyla Oruclunun ölümü ilə gündəmə gəlmişdi. Qeyd olunan neqativ faktla bağlı Sirus Qoçqaninin hüquqlarını vəkil Türkel Süleymanlı müdafiə edirdi.

Həmin ərəfədə tibbi ekspertiza Sirus Qoçqaninin sözügedən modelin ölümündə təqsirinin olmadığına dair rəy vermiş, vəkil T.Süleymanlı da Sirus Qoçqaninin günahsızlıq eyforiyasını israrla müdafiə etmişdi. Lakin, heç kim müəyyən etməmişdi ki, bu “həkimin” ümumiyyətlə praktiki tibbi fəaliyyətlə məşğul olmağa dair sertifikasiyası olmadığından onun heç bir cərrahi əməliyyatı icra etməyə, eləcə də pasiyent qəbul etməklə konsultasiya aparmağa dair hüququ yoxdur. Bu da qəsdli şəkildə insan həyatını əsassız riskə məruz qoymaq deməkdir ki, model Leyla Oruclunun ölümündə də əsassız risk amili baxımından Sirus Qoçqaninin təqsiri birmənalı olaraq mövcuddur. Odur ki, baş vermiş bədbəxt hadisə ilə bağlı müfəssəl araşdırmaya kifayət qədər ehtiyac var idi.

Qeyd edilənlərdən ziyadə Sirus Qoçqaninin zaman etibarı ilə təzad yaradan açıqlaması da xüsusi diqqət çəkir. Belə ki, www.sonxeber.az saytına açıqlamasında adı çəkilən “həkim” bildirmişdir ki, “Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir”. (26.06.2017) sonxeber.az/49262/son-deqiqe-22-yasli-leylanin-olmunde-gunahkar-olan-hekim-danisdi-hazirda-oz-isimin-basindayam.
27.05.2019-cu il tarixdə Baku Medikal Plazanın Babək filialında yenə Sirus Qoçqani tərəfindən icra edilmiş uğursuz liposaksiya əməliyyatının gedişatında dünyasını vaxtsız dəyişmiş-həkim-ginekoloq Sona Vəliyeva Gürgünlə bağlı isə məlum şəxs belə bir vəd vermişdir ki, guya onun əməliyyatın icrası üçün istifadə etdiyi “Lipomatik 6D” Laser Pro Life aparatı xəstənin həyatı üçün yarana biləcək mövcud riskləri aradan qaldırma özəlliyinə sahibdir. Belə çıxır ki, xəstənin həyatı üçün heç bir fatal risk ola bilməzdi. Lakin, əməliyyat üçün tibbi-bioloji müayinə nəticələri belə adekvat olmayan Sona Vəliyeva Gürgün 27.05.2019-cu il tarixdə saxta həkimin uğursuz əməliyyatı nəticəsində dünyasını dəyişdi.

Faktın mətbuatda acı gündəm yaratmasına baxmayaraq, nə S.Qoçqani, nə də onun çalışdığı Baku Medikal Plazanın Babək filialının rəhbərliyi heç bir açıqlamada görsəndilər. Bu azmış kimi, Sirus Qoçqani və həyat yoldaşı Könül Qoçqani məsələ ilə bağlı onlara ünvanlanan suallara müxtəlif təhqirlərlə cavab verməkdən çəkinməyərək, mərhumənin gözüyaşlı ailəsini günahkar bildilər.

Məsələnin ictimai əhəmiyyəti mətbuatda geniş şəkildə dəstək almasından sonra Baku Medikal Plazanın Babək filialının rəhbərliyi yeni əməliyyatlarının icrası üçün yeni “Lipomatik 7D” aparatını alaraq Sirus Qoçqaninin istifadəsinə verdi.

Halbuki, Sirus Qoçqani şəxsən mənə açıqlamasında qeyd edilən iki aparat arasında heç bir fərqin olmadığını, aparatların hətta xəstəni “piy emboliyası” riskindən belə qoruduğunu bildirmişdi.

Əgər həqiqətən sözügedən aparatlar arasında zərrə qədər fərq mövcud deyildisə, o zaman kifayət qədər yüksək qiymətə yeni aparatın alınması və analoji şəkildə onun “instagram” sosial şəbəkəsi vasitəsi reklam edilməsi zərurəti nədən irəli gəlirdi?!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-nin Sirus Qoçqani haqqında rəsmi açıqlması:

Ardıcıl sorğularla müraciətlərdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri xanım Səidə Rüstəmova 06.03.2020-ci il tarixli 5-59/Z-3426№-li cavab məktubda bildirmişdir ki, “İran İslam Respublikasının Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetinin məzunu Sirouse Ghouchkani (Sirus Qoçqani) Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin( işçilərin) sertifikasiyasından keçməmişdir.

Baku Medikal Plazanın Babək filialının direktoru Pərviz Şükürovun məsələyə münasibəti:

Pərviz müəlim, klinikanızın həkimi Sirus Qoçqaninin sertifikasiyadan keçməməsi ilə bağlı Səhiyyə Nazirliyinin sənədi var. Siz həmin sənəddən xəbərdarsınız?

Səhiyyə Nazirliyi belə bir rəy verir, sonra da Sirus Qoçqaninin fəaliyyətinə qadağa qoymur? Bu necə olur axı? Bu işlərə nəzarəti nazirlik həyata keçirir.
Pərviz müəlim, Sirus Qoçqani hazırda sizin klinikada fəaliyyət göstərir?
Mən başqa yerdəyəm, danışa bilmirəm
Pərviz müəllim, S.Qoçqaninin fəaliyyətini davam etdirməsində sizin klinikanın hansı marağı var?
Mən danışa bilmirəm, sağ olun…
Sertifikasiya nədir?
Nəzərinizə çatdırım ki, Sertifikasiya – səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir.

Səhiyyə mütəxəssislərinin sertifikasiyası “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr va dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli Qanununun tətbiq edilmasi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2009-cu il tarixli Fərmanına va Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya qaydası”na uyğun olaraq aparılır.

Tabeliyindən va müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə və Əhalinin Sağlamlığının Qorunması Haqqında Azərbaycan Respublikasının qanuna əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər sertifikasiyaya cəlb edilirlər.

Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Gördüyünüz kimi qeyd edilən faktlar rəsmi reallığa və obeyktiv araşdırma nəticəsinə söykənir.

İranın Səhiyyə Nazirliyin rəsmi saytında (www.irimc.org) Sirus Qoçqani adi bir tibb həkimi kimi qeyd olunub.

İctimai vəkil Samir Zeynalov

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.