Əbülfəs Qarayev mədəni istefa verməli idi
Neft milyonlarının ölkəyə axdığı vaxtda mədəniyyət naziri olmağa nə vardı ki?"...
“Mədəniyyət Nazirliyinin aparıcı şəxslərinin həbsindən sonra Əbülfəz Qarayev özünü gülünc vəziyyətə qoyub həbsləri alqışlamaqdansa, an içində mədəni bir istefa verməli idi”.
Bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, neft milyonlarının ölkəyə axdığı vaxtda mədəniyyət naziri olmağa nə vardı ki? “Heç bir dəyər istehsal etmə, oturub ucu-bucağı görünməyən pulları kultur-multuralizm layihələrinə xərclə.
Milli-mədəni tərəqqi siyasətinin siması olmaq üçün Əbülfəz Qarayevin həyatda təhsildən tutmuş təcrübəyə qədər bütün sahələrdə bəxti gətirmişdi. Xarakterdən və görünür, ağıldan başqa. Onun nazirliyi 15 ildə ancaq rusdilli korrupsiyanın rəmzinə çevrildi. Rüşvətin rus, ingilis ya da öz dilimzdə danışılıb götürülməsi nə fərq edir ki?
Respublikaçı Alternativ builki seçki platformasının “Mədəniyyət” hissəsində “İSRAF”la mübarizəni əsas yerə qoyub:
“Mədəniyyət sahəsindəki istehlak və ona xidmət edən idxal son illər milli mədəniyyətin yüksəldilməsi məqsədindən çox dövlət vəsaitlərinin israfı və başqa qeyri-tərəqqipərvər əsaslar üzərində qurulmuşdur”.
İqtisadi vizyonu olmayan adamın bundan sonra o vəzifədə yeri olmamalıdır. REAL-ın hökuməti xərcləməklə yanaşı qazanmağın da yollarını mədəniyyət sahəsinə görüb-göstərən adamı bu vəzifəyə dəvət edəcək”. (Yeni Sabah)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...