Vasif Talıbov keçmiş nazirin obyektlərini möhürləyib - Eksklüziv detallar
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun işdən çıxardığı maliyyə naziri Xalid İsgəndərovun obyektləri möhürlənib
Daxil olan məlumatda iddia olunur ki, X.İsgəndərovun Naxçıvandakı biznesn obyektləri qapadılıb və kommersiya fəaliyyəti qadağan olunub.
Gələn məlumatlara görə, keçmiş maliyyə nazirinin ölkədən çıxışına da qeyri-rəsmi yasaq qoyulub.
Buna səbəb onun Türkiyədəki gülənçilərlə əlaqələrinin olmasıdır. Sabiq nazirin vəzifəsindən kənarlaşdırılması Fətullah Gülən şəbəkəsi ilə bağlılığı olub.
X.İsgəndərovun fətullahçı qruplarla ticari münasibətləri haqda hələ illər qabaq mediada yazılar dərc olunub. Lakin o zaman bu məsələ gündəmdə olmayıb və həmin məsələlərin üzərindən sükutla keçilib.
Ancaq Azərbaycanda FƏTÖ şəbəkəsinin məhv edilməsinə başlanması Naxçıvan maliyyə nazirinin də mövqelərini zəiflədib. Sadəcə, proses ona gec çatıb.
Buna qədər Prezident Administrasiyasında Elnur Aslanov, parlamentdə Ceyhun Osmanlı “vurulub”, ardınca gülənçilərin media qolları və təhsil ocaqları, ticarət obyektləri sıradan çıxarılıb.
Nəhayət, İğdır şəhərində və başqa bölgələrdə FƏTÖ-çu şəxslərlə əlaqəsi keçmiş maliyyə nazirinin vəzifəsini itirməsinə gətirib çıxarıb.
Daxil olan məlumatda iddia olunur ki, X.İsgəndərovun biznesi çökürülüb və müflis edilib. 1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Camaat” məktəblərinin ən rahat əl-qol açdığı bölgə Naxçıvandır.
“Camaat”ın Naxçıvanda əsas məqsədi hakimiyyətdə təmsil olunaraq, açar mövqelərə yiyələnmək və iqtisadi projeləri uğurla həyata keçirmək olub:
“Camaat” öz məktəblərində yetişdirdikləri naxçıvanlıları muxtar respublikanın bir neçə nazirliyində yerləşdirməyə nail olub.
Rəhbərlik bu işin icrasını birbaşa içəridə “Naxçıvan imamı” adlandırılan Süleyman Okumuşa tapşırmışdı. Okumuş “Camaat”a qoşulan naxçıvanlıları muxtar respublikanın dövlət idarələrinə yerləşdirmək üçün bir çox cəhdlər göstərib.
Yalnız 2004-cü ildə Naxçıvanın maliyyə nazirinin müavini Xalid İsgəndərovu Süleyman Okumuşun böyük səyi ilə maliyyə naziri kürsüsünə əyləşdirmək mümkün olub. Naxçıvandakı bir sıra iri layihələri nurçu cameəyə məxsus Türkiyə şirkətləri gerçəkləşdirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...