"Tövbə” cəmiyyətinin başına Hacı Əbdülün oğlu keçir
"Tövbə” cəmiyyətinə Allahın köməkliyi ilə qardaşım sədrlik edəcək”.
Bunu Modern.az-a “Tövbə” cəmiyyətinin vəfat etmiş sədri Hacı Əbdül Əbdülovun ilk evliliyindən olan qızı deyib.
“Hazırda koronavirusa görə məscidlər bağlıdır. Ona görə də həm məscid, həm də “Tövbə” cəmiyyəti bağlıdır. Karantin bitsin, bu məsələlər də yoluna qoyulacaq”-deyə mərhumun qızı əlavə edib.
Hacı Əbdülün qızı son günlər ailədə baş verənlərlə bağlı çox gərgin olduqlarını da söyləyib:
“Atamın dünyasını dəyişməsi ilə aləmizdə bütün qaydalar pozuldu. Atamın ikinci həyat yoldaşı ailəmizə əlavə problemlər gətirdi. Atam sağ olaydı, o da belə at oynadaydı! Tarix boyu ola bilməzdi. Mənim atam elə kişi olub ki, bütün insanlar ona hörmət edib. Ancaq evdəki qadın atamı və onun övladlarını hörmətsiz etməyə çalışır. Buna da nail ola bilməyəcək. Çalışırıq ki, atamdan qalan mülkdən hər bir övladına pay düşsün”.
Qeyd edək ki, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu il aprelin 6-da 79 yaşında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Hacı Əbdül Əbdülovun ikinci həyat yoldaşının 37 yaşı var.
Mərhumun ikinci həyat yoldaşından 5 övladı qalıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...