XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Parlamentdə YAP qrupunda anti-Əleyevçi iş adamı: Elnur Allahverdiyev kimə bağlıdır?

Parlamentdə YAP qrupunda anti-Əleyevçi iş adamı: Elnur Allahverdiyev kimə bağlıdır?

Parlamentdə YAP qrupunda anti-Əleyevçi iş adamı: Elnur Allahverdiyev kimə bağlıdır?
28-04-2020, 12:40

Növbədənkənar parlament seçkilərindən sonra formalaşan Milli Məclis geniş müzakirələrə səbəb oldu. Bu konteksdə müzakirə mövzulardan biri də yei seçilən, xüsusən YAP siyahısından mandat alan deputatlardır. Bu sırada yer alan şəxslərdən biri ilə bağlı maraqlı məlumatlat əldə etmişik. Söhbət 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat mandatı qazamış Elnur Allahverdiyevdən gedir. Bu şəxs yerli mediada “sələmçilik edən, vətəndaşların cibinə girən, insanların ləyaqətini alçaldan, sözün gerçək mənasında “faciə istehsalçısı” kimi qələmə verilib.
Onu da bildirək ki, indi mandat sahibi olan E.allahverdiev “Azərcell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin, “ABC-Telekom” MMC-nin sahibidir, Sloveniyanın Azərbaycandakı fəxri konsuludur. Vaxtilə mətbuat onun sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyev “krışa”lıq etdiyini yazıb. Bununla bağlı yerli mediaya istinadən bildirir ki, E.Allahverdiyev bundan əvvəl milli təhlükəsizlik nazirinin müavini Elçin Quliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Quliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Hər fürsətdən yararlanmağı bacaran E.Allahverdiyev sonradan “dostlar” çevrəsini möhkəmləndirməyə başlayıb və yeni “krışa”lar tapmağa çalışıb. Maraqlıdır ki, MTN işindən “təmiz” sivişib çıxmağı bacaran E.Allahverdiyev Səməd adlı qohumunun adından istifadə edərək himayədarlıq qazanıb.
Bu günkü deputatın sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi ilə də bağlı şikayət və iddialar var. Həmin iddiaların ölkə mediasında yer alan məqamlarına istinadən bildirək ki, Kontakt Home” mağazalar şəbəkəsində bir sıra qanunsuzluqlara, özabşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verilir. “Kontakt Home” mağazalarında telefon alqı-satqısına dair “kredit” müqaviləsi alıcı ilə “ABC-Telekom” MMC arasında bağlanılır. Niyə məhz “ABC-Telekom” MMC? “Kontakt” mağazalar şəbəkəsi faizsiz reklam fırıldağı ilə vətəndaşları aldadaraq cəlb edir ancaq əslində isə heç bir faizsiz kampaniyadan söhbət gedə bilməz. Əksinə, bütün mallara əlavə olaraq 15, 26, 31 faiz malın üzərinə əlavə olunur. Vətəndaşlar da yalançı reklama aldanaraq özləri də bilmədən bu şirkətin qurbanına çevrirlir.
YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, cumhuriyyet.az olaraq internet üzərindən apardiğımız araşdırmalara görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır. Mərhum M.Abdullayevin Şəmsəddin Xanbabayev və digər Əliyevçi şəxslərlə Azərnəşrdəki mübahisələri haqda növbəti yazımızda bəhs edəcəyik…
//cumhuriyyet.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.