SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş nazir Fazil Məmmədovun kürəkəni Londonda 12-ci şirkətini qeydiyyatdan keçirtdi- FOTOFAKT

Keçmiş nazir Fazil Məmmədovun kürəkəni Londonda 12-ci şirkətini qeydiyyatdan keçirtdi- FOTOFAKT

Tarix:

27-04-2020, 08:08

/ 931 dəfə oxundu.
Keçmiş nazir Fazil Məmmədovun kürəkəni Londonda 12-ci şirkətini qeydiyyatdan keçirtdi- FOTOFAKT

Dünyanın koronavirusla mübarizə apardığı, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin hökumətdən insaf umub 190 manat gözlədiyi bir dövrdə keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərədə sayca 12-ci şirkətini qeydiyyatdan keçirib.
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərəcək PONA PROPERTIES LTD ötən ayın 24-də Londonda təsis edilib."
Müstəqil araşdırmaçı jurmalist öz araşdırmasında yazıb. Daha sonra jurnalist öz sosial şəbəkələrdə paylaşdığı araşdırmasənda yazır:
12531211 saylı lisenziya alan şirkətin adı Əbdül Əliyevin ailə üzvlərinin baş hərflərinin götürülüb və Bank Court 4, Weldon Road, Loughborough, Leicestershire, United Kingdom, LE11 5RF hüquqi ünvanında yerləşir.
Bu Əbdül Əliyevin bu il Britaniyada təsis etdiyi yeganə şirkət deyil. Keçmiş nazirin damadı bu il yanvarın 22-də Londonda fəaliyyət göstərən TASKERSTONE LIMITED-ə (qeydiyyat nömrəsi 03212874) ortaq olub. Əbdül Əliyev eyni zamanda yanvarın 23-də Bibby Financial Services LTD (As Security Trustee) üzərindən yeni daşınmaz əmlak əldə edib.
Ötən ilin iyununda isə o ailə üzvlərinin baş hərflərinin abbreviaturası ilə başqa bir daşınmaz əmlak şirkətini - NOAP PROPERTIES LIMITED-i qeydiyyatdan keçirmişdi.

Fazil Məmmədovun kürəkəninin indiyədək Britaniyada qeydiyyatdan keçirdiyi şirkətlərin siyahısı:
1. PONA PROPERTIES LTD
2. TASKERSTONE LIMITED
3. NOAP PROPERTIES LIMITED
4. OPTIMET FINISHING LIMITED
5. BRIDGE STREET RESTAURANT LIMITED
6. VERSO INVESTMENTS LIMITED
7. GROCR HOLDINGS LIMITED
8. BUTA HOSPITALITY & LEISURE LIMITED
9. BUTACARE LIMITED
10. BUTAROSE LIMITED
11. OKAA PROPERTY LIMITED
12. AMPCO 147 LIMITED
Bunlardan 3-ü fəaliyyətini dayandırıb, 9-u fəaliyyətdədir.

P.S.Yeri gəlmişkən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürənlərin siyahısında nə Fazil Məmmədovun, nə Əbdül Əliyevin, nə də onun vaxtilə vergilər nazirinin müavini olmuş arası Namiq Əliyevin adına rast gəlmədim.
Adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az
Keçmiş nazir Fazil Məmmədovun kürəkəni Londonda 12-ci şirkətini qeydiyyatdan keçirtdi- FOTOFAKT





Şərhlər

XƏBƏR LENTİ