XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Səfər Mehdiyevin kürsüsü yavaş-yavaş laxlayır... - Hələlik rəsmi ittiham bu miqyasdadır...

Səfər Mehdiyevin kürsüsü yavaş-yavaş laxlayır... - Hələlik rəsmi ittiham bu miqyasdadır...

Səfər Mehdiyevin kürsüsü yavaş-yavaş laxlayır... - Hələlik rəsmi ittiham bu miqyasdadır...
25-04-2020, 18:37

Gömrükdə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün müvafiq tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarının fəaliyyəti təşkil edilməyib.

Oxu.az-ın əldə etdiyi məlumata istinadən xəbər veririk ki, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, auditlə əhatə olunan dövrdə müvəqqəti saxlanc prosedurunun tətbiq edildiyi malların idxalatçıların özünə məxsus sahələrə yerləşdirilməsinə yol verilib.
“Amma sonrakı nəzarət qaydasında gömrük auditi tədbirləri həyata keçirilməyib”, - deyə hesabatda yazılıb.
Bununla yanaşı, gömrük orqanlarının büdcədənkənar əməliyyatlardan gəlirlərinə aid edilən gömrük yığımlarında qanunvericiliklə müəyyən edilmədiyi halda, əlavə dəyər vergisi tətbiq olunması aşkarlanıb.
Həmçinin, gömrük bəyannamələrinin gecikdirilməsinə görə, gömrük borcunun hesablanmaması üzə çıxıb.
Bu iki halın nəticəsində dəbbə pullarının tutulmaması, aksiz markalarının elektron uçot bazasının yaradılmaması, bəzi hallarda müvəqqəti saxlanc və idxal gömrük prosedurlarının müddət məhdudiyyətlərinə riayət olunmaması halları aşkarlanıb.
Qeyd edək ki, Hesablama Palatasının hesabatının Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.