XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İcazə xidməti ilə bağlı mühüm yenilik tətbiq olunur

İcazə xidməti ilə bağlı mühüm yenilik tətbiq olunur

İcazə xidməti ilə bağlı mühüm yenilik tətbiq olunur
22-04-2020, 12:22

Bu gündən qüvvəyə minir...
“İcaze.e-gov.az”da ötən gündən etibarən yeni xidmət yaratdıq”.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.

Qurum rəsmisi bildirib ki, təşkilatlar icazəni portala daxil etdikləri zaman bəzən bu barədə öz əməkdaşlarına məlumat vermirdilər və ya unudurdular.

Fariz Cəfərov bildirib ki, həmin əməkdaşlar müəyyən postlarda icazəsinin olmadığını öyrənirdi və belə hallarda cərimələnirdi:

“Bu olmasın deyə icaze.e-gov.az-ı my.gov.az portalına inteqrasiya etdik. Artıq vətəndaşlar icazə ilə bağlı orada bildiriş alırlar. Əməkdaşlar şəxsi kabinetlərinə daxil olaraq icazəni görə bilirlər. Onlar hətta həmin icazəni yükləyə də bilərlər. Artıq onun üzərində “Brcode” və “QR code” imkanları da yaradılıb”.

Bu gündən etibarən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həmin “QR code”ların xüsusi cihazlarla oxudulması isə vətəndaşların postları daha sürətli keçməsini təmin edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.