XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Çovdarov həbsdə Eldar Mahmudovla necə danışıb? – “Dərhal “şmon” başladı...”

Çovdarov həbsdə Eldar Mahmudovla necə danışıb? – “Dərhal “şmon” başladı...”

Çovdarov həbsdə Eldar Mahmudovla necə danışıb? – “Dərhal “şmon” başladı...”
20-04-2020, 10:33

Bu yaxınlarda koronovirus pandemiyasına görə Prezident tərəfindən əfv edilərək azadlığa buraxılan ləğv edilmiş MTN-nin sabiq idarə rəisi, general Akif Çovdarov həbsxanada gizli mobil telefon saxlayır və Eldar Mahmudovla danışırmış.

Onunla 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş keçmiş müstəntiq Rüfət Səfərov sosial şəbəkədə paylaşdığı silsilə həbsxana xatirələrində yazıb ki, Akif Çovdarovun həbsxananın tibb hissəsində və “zon”-dakı lüks otaqlarında qəflətən axtarış aparılıb:

“Axtarışa həbsxananın tərbiyəvi işlər üzrə rəis müavini polkovnik Azər Bağırzadə rəbərlik edib. Nəzarətçilərlə ayaqüstü söhbət zamanı öyrəndim ki, Çovdarovun gizli şəkildə əl telefonu işlətdiyinə dair “zon” rəhbərliyinə məlumat daxil olub. Dərhal Penitensiar Xidmətə və Nazirliyə məruzə edilib. Əmr verilib ki, təxirəsalınmaz şəkildə “şmon” realizə edilsin, mobil telefon aşkara çıxarılsın”.

Rüfət Səfərov bu zaman tibbi hissədən çıxan zabitin həyəcan dolu cümləsini çətinliklə də olsa eşitdiyini yazıb: “Bu qoca, deyəsən, buradan Eldar Mahmudovla danışırmış. Aləm dəyib bir-birinə...”

Keçmiş müstəntiq vurğulayıb ki, Akif Çovdarov həbsxanada həddindən artıq sərbəst həyat tərzi keçirib. Otağındakı axtarışdan sonra isə həbsxana rəhbərliyi, bəzi nazirlər, hətta Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında yazılası mümkün olmayan təhqiramiz ifadələr işlədib. O, qeyd edir ki, Mahmudovla Çovdarovun telefon danışıqlarının birbaşa şahidi olmayıb, ümumiyyətlə, axtarış zamanı Çovdarovun lüks otağından hər hansı kommunikasiya vasitəsinin aşkar edilib-edilmədiyini dəqiq bilməyib. Amma axtarışdan dərhal sonra Çovdarovun otağından cəza tədbiri kimi televizor, kondinsioner və duş aksesurları götürülüb.

““Zon”dakı lüks otağından isə nədənsə yalnız duş aksesuarları götürüldü. Yaxşı xatırlayıram, Çovdarovun ətrafında baş verən məlum əhvalatın zəminində həbsxanada uzun müddət dedi-qodular səngimədi: biri qanqster generalın köməyinə şantaj xarakterli məlumat daşıyıcılarının, digəri şəxsən Eldar Mahmudovun gəldiyini söylədi, başqa sözlə desək, kimin ağlına nə gəldisə, ona uyğun da mühakimə yürütdü. Amma fakt faktlığında qaldı ki, əgər axtarışın nəticəsi “məhsuldar” olmasaydı, o, belə “ağır” şəkildə “cəzalandırılmayacaqdı”, - deyə R. Səfərov vurğulayıb.

R.Səfərov daha sonra yazıb ki, qısa müddət sonra generalın lüks otaqlarından götürülmüş əşyaları yerinə qaytarıblar. “Daha doğrusu, polkovnik Səlim Məmmədovun təklifi ilə “zon”dakı kabinetlərinə gedəndə hər şeyin yoluna qoyulduğunun şahidi oldum, hələ, üstəlik, axtarış icra edən rəis müavini Azər Bağırzadənin “dərsinin” verildiyini eşitdim”, - keçmiş müstəntiq vurğulayıb. /Azpolitika

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.