Eldar Əzizov komandasının qaranlıq tərəfi: meriyanı idarə edən kimlərdi?
- 9-04-2020, 11:38
- 1 654
Daha çox E.Əzizovun “qara kassası” kimi tanınan E.Həbibullayev və C.Cəbrayılov meriyada baş tutan bütün qaranlıq əməliyyatların “memarları” hesab olunurlar. Bu əməllərdən E.Əzizovun nə qədər xəbərdar olduğunu deyə bilməsək də,hər halda bu şəxslərin şəhər İH-də kütləvi narazılıq formalaşdırdığı, dövlət siyasətinə zərbə vurduğu şübhəsizdir. Paytaxtda baş tutan istənilən qanunsuzluğun altından məhz onların “izləri” aşkara çıxır. Onu da bildirək ki, EHəbibbəyli paytaxt merinin sevimli kadrlarından sayılır. E.Əzizov işlədiyi bütün postlarda onu yanında saxlayıb. Elgun Həbibullayev Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt Şəhəri İcra Hakimiyyətlərində çalışıb. Hətta Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinədək yüksəlib. Ancaq idarəçilik sahəsində əmək fəaliyyətinə isə BŞİH Xarici Əlaqələr və İnvestisiya proqramları Departamentində başlayıb.
Onların qanunsuz əməlləri artıq sərhəd tanımır. Onların vəzifəyə təyinatı ilə E.Əzizov özü öz uğursuzluğuna imza atıb desək yanılmarıq. ölkədə gedən son proseslərin fonunda E.Əzizovun “kölgəsində” gizlənərək min-bir oyun çıxaran qruplaşmanın bu yolla çox da uzağa getməyəcəyi məlumdur. Milyonluq şübhəli tender əməliyyatları, maliyyə maxinasiyaları birbaşa dövlət siyasətinə zərbə vurmaqdır.
Cumhuriyyet.az