XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Prokurorların hüquqları artırılır

Prokurorların hüquqları artırılır

Prokurorların hüquqları artırılır
27-03-2020, 12:40

Prokurorların hüquqları artırılır.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək. İnzibati Xətalar Məcəlləsində bu halların pozulmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Məşğulluq haqqında” qanunun 4.6–4.8-ci maddələrinin tələbləri aşağıdakı kimidir:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları arədə təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.

- Dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər , ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları barədə dövlət orqanları və ailə kəndli təsərrüfatının üzvlərinə dair məşğul şəxslərə dair məlumatların yerli özünüidarəetmə orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər həmin torpaq paylarına dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlara (qurumlara) həmin maddələrdə göstərilən müddətdə təqdim olunmasını təmin etməlidirlər.

- Muzdla işləyənlər, sahibkarlar, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 ay müddətində daxil edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.