SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir generalın oğluna vəzifə verdi

Nazir generalın oğluna vəzifə verdi

Tarix:

18-03-2020, 17:19

/ 1 182 dəfə oxundu.
Nazir generalın oğluna vəzifə verdi

Daxili İşlər Nazirliyində növbəti təyinat olub...
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, mayor Tural Əliyev DİN-in Baş Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib.

O, bundan əvvəl Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Tural Əliyev DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyevin oğludur.

Şərhlər

XƏBƏR LENTİ