SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Topaz" qalibin uduşunu mənimsədi - FOTO FAKT

"Topaz" qalibin uduşunu mənimsədi - FOTO FAKT

Tarix:

17-03-2020, 19:46

/ 2 827 dəfə oxundu.
"Topaz" qalibin uduşunu mənimsədi - FOTO FAKT

Bakıda mərc həvəskarlarından biri daha dəqiq desək Muradov Anar Nürəddinoğlu 01.03.2020-ci ildə şəhərdə fəaliyyət göstərən "Topaz” məntəqələrindən birinə (Plotnikov21) daxil olaraq futbol oyunu üzrə mərc edib. Yarış nömrəsi 112 olan "M.Yunayted və M.Siti" oyununu seçən Anar birincinin qələbəsi üçün 3 min AZN məbləğində kupon yazıb. Mərc həvəskarının proqnozu özünü doğruldub və nəticədə Anar 13.800 AZN udub. Amma... Amması odur ki, "Topaz" qalibin uduşunu verməkdən boyun qaçırdıb. Özü də heç bir səbəb göstərmədən.
Məsələ ondadır ki, uduşunu almaq üçün "Topaz” məntəqəsinə yaxınlaşan Anar burada xoşagəlməz halla qarşılaşıb. Ona nəyin ki, uduşunu verməyiblər hətta mərc üçün qoyduğu pulu belə geri qaytarmayıblar. Nəyə görə uduşunu ala bilməməsinə isə "Topaz” məntəqəsində aydınlıq gətirmək mümkün olmayıb. Çıxılmaz vəziyyətdə qalan Anar Muradov məsələ ilə bağlı "Topaz"ın direktoru Cahangir Fərəcullayevlə telefon əlaqəsi yaradıb, onu bu haqda məlumatlandırıb. Uduşunu tez bir zamanda verilməsini və "Topaz" əməkdaşlarının vətəndaşları incitməsinə son qoymasını xahiş edib. "Topaz"ın direktoru Cahangir Fərəcullayev isə öz növbəsində problemin 2-3 günə həll olunacağı ilə bağlı Anar Muradova vəd verib.​

Müdirinin sözünü qulaq ardına vuran "Topaz"ın satış müdiri Vüqar Abuşov isə nə az, nə çox düz 9 gündür ki, vətəndaşın xahiş və şikayətinə məhəl qoymur. Görünür, maliyyə problemlərinin yaşandığı bir vaxtda "Topaz” vətəndaşı qazancına göz dikir və çıxış yolunu mərc həvəskarlarını soymaqda görür.
Qeyd edək ki, "Topaz"la bağlı bu ilk hal deyil. Dəfələrlə mətbuatda "Topaz"ın mərc oyunlarında qalib gələn şəxslərin uduşlarını verməməsi, fırıldaqçılıq yolu ilə mərc həvəskarlarını aldatmasına dair yazılar dərc olunub. Vətəndaşlar son zamanlar "Topaz"da tüğyan edən bu cür özbaşınalıq və məsuliyyətsizliyə son qoyulmasını istəyir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

vetenxeber.com
"Topaz" qalibin uduşunu mənimsədi - FOTO FAKT

Şərhlər

XƏBƏR LENTİ