SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Oliqarx işçilərinin adına milyonlarla manat kredit götürüb

Oliqarx işçilərinin adına milyonlarla manat kredit götürüb

Tarix:

13-04-2017, 18:38

/ 110 550 dəfə oxundu.
Oliqarx işçilərinin adına milyonlarla manat kredit götürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Prosesdə şahid qismində "İntertekstil" şirkətində mexanik köməkçi işləmiş Elxan Yaqubov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib:"Dedilər ki, kollektivin adından kredit götürürlər, hamı qol çəkdi, mən də çəkdim. Fabrik özü ödəyəcəkdi. Qanunları yaxşı bilmədiyim üçün o sənədə qol çəkmişəm". Sonra hakim Əhməd Quliyev məhkəməyə çağırılan şahidlərin prosesə gəlmədiklərini bildirib. Məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmə prosesi aprelin 20-də davam edəcək.
İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyi ilə rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb.
DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqın materiallarına əsasən, Dünyamin Xəlilov Beynəlxalq Bankın pullarını “Səbail Mebel” ASC, “Aqora” MMC, “Kondor Group” MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş “Oceanstream İnc” ofşor şirkəti üzərindən ölkədən çıxarıb.
Təqsirləndirilən D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir. Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb. Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Şərhlər

XƏBƏR LENTİ