Keçmiş deputata universitetdə iş verildi
Keçmiş deputat Ceyhun Osmanlı Odlar Yurdu Universitetində dərs deməyə başlayıb.
Sabiq deputat əldə etdiyimiz məlumatın doğru olduğunu bildirib. "Mən akademik fəaliyyətdən uzaqlaşmamışam. Hazırda təhsil sahəsində fəaliyyətim davam edir. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Bir neçə yerli və xarici universitetlə təhsil proqramları çərçivəsində əməkdaşlıq edirəm. O cümlədən Odlar Yurdu Universiteti ilə əməkdaşlıq edirəm. Odlar Yurdu Universiteti ilə də bir neçə proqramımız var. Onların üzərində işləyirik”.
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev də Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirdi.
"Ceyhun müəllim iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O universitetdə beynəlxalq proqramlarla məşğulduR. Həmiçinin, tələbələrə mühazirələr oxuyur və dərs də deyir. Ceyhun müəllim bir aydan da az müddətdir ki, universitetdə işləyir. Biz gənclərlə işləməyi bacaran insanları universitetimizə dəvət edirik. Onların bilik və bacarıqlarından yararlanmağa tələbələrimizin çox böyük ehtiyacı var”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...