Prezidentin 10 mart çıxışı yeni dəyişiklik anonsudur... - Kimlər hədəfdədir?
- 11-03-2020, 11:01
- 1 053
Mənbə bildirir ki, Prezident çıxışında neçə müddətdir başlatdığı yeniləşmə siyasətinin daha radikal məcraya yön alacağını və yaxud da artıq yön aldığını net şəkildə ifadə etdi: "Bura elə icra başçılarınbın həbsini də şamil etmək olar. Prezident buna qədər ayrı-ayrı məmurlara xəbərdarlıq etmişdi. Onlara müraciət etmişdi ki, xalqla təmasda olsunlar, xalqın xidmətçisi olduqlarını unutmasınlar. Amma görünəni o oldu ki, bəziləri Prezidentin xəbərdarlıqlarını ciddiyə almadı. Nəticələr də göz önündədir və dünənki çıxışdan da göründü ki, yeni cəzalar gələcək. Əgər yenə də dərs çıxarılmasa..."
Mənbəmiz dia.az-a açıqlamasında yaxın vaxtlarda bir sıra rayonların rəhbərliyində dəyişiklik ediləcəyini də vurğuladı: "Artıq bu yöndə sürətli bir proses başladılacaq".