SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yol polisindən bütün hərəkət iştirakçılarına MÜRACİƏT

Yol polisindən bütün hərəkət iştirakçılarına MÜRACİƏT

Tarix:

2-03-2020, 13:04

/ 777 dəfə oxundu.
Yol polisindən bütün hərəkət iştirakçılarına MÜRACİƏT

Sürəti endirin, nömrəni təmiz saxlayın, yolu keçəndə diqqətli olun...

Hazırda paytaxt ərazisində hava şəraitinin kəskin dəyişməsi, nisbətən soyuq, eləcə də yağmurlu hava şəraiti hökm sürür. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında sürücülərin diqqətinə çatdırıb ki, mövcud hava şəraitini nəzərə alaraq sürət həddini minimuma endirsinlər: “Hərəkət zamanı avtomobillər arasında məsafəni normaldan artıq saxlanılmasını təmin etmək lazımdır. Eləcə də, şüsəsilənlərin saz vəziyyətdə olmasına diqqət etsinlər. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanları təmiz saxlanılmalı və aydın görsənməlidir. Yol boyu idarəetmədən diqqəti yayındıran hərəkətlər etməsinlər”.

Bundan başqa, Vaqif Əsədov bildirib ki, sürücülər yağışın yaratdığı görməçələrlə hərəkət etdikdə ətrafda piyaların olub-olmamasına diqqət yetirsinlər: “Sürücülər çalışmalıdırlar ki, hərəkət zamanı çirkli yağış sularını ətrafa səpələnməsin və piyadaların üstünə düşməsin”.

Hava və yol şəraitini nəzərə alaraq sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, getdiyi hərəkət istiqamətində hər hansı bir təhlükə yarandıqda təhlükədən yayına bilsin.

Yol polisi piyadalara da müraciət edib: “Piyadalardan xahiş olunur ki, diqqətli olsunlar. Piyalar keçidindən istifadə etməyi unutmasınlar. Yaxınlaşmaqda olan avtomobilin sürət həddinə diqqət yetirsinlər. Hərəkətdə olan avtomobilin qarşısından qaçmaqla sürücüləri çaşdırmasınlar. Yolu keçərkən qulaqlıqdan istifadə edilməməsini tövsiyyə edirik ki, ətrafda avtomobilin səs sinqalını eşitmək mümkün olsun. Yolu keçərkən avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçin”. Yol polisinin sərnişinlərə də müraciətində qeyd olunur ki, hərəkət zaman sürücülərlə söhbət edib diqqətini yayındırmasınlar və nəqliyyatdan istifadə edərkən yalnız dayanacaqda avtobusu gözləsinlər.

Şərhlər

XƏBƏR LENTİ