Onun da mandatı təhlükə altındadır... - İDDİA
- 14-02-2020, 13:39
- 1 173
***
"Pravdainfo.org" xatərladır ki, sosial şəbəkələrdə Ağdam 119 saylı DSK-dan 5-ci dəfə-25 ildir deputat edilən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov barədə kütləvi şikayətlər yayımlanmaqdadır. "Pravdainfo.org"a da göndərilən həmin şikayətdə Ağdamın bir sıra kənd və qəsəbələrindən olan seçicilər ötən 25 ildə üzünü belə görmədikləri Bəxtiyar Sadıqovun yenidən deputat seçilməsinə etiraz ifadə olunur, Prezident ilham Əliyevdən günahkarların cəzalandırılmasınıxahiş edirlər: "Cənab Prezident! Biz seçicilər, xüsusi tapşırıq almış nüəllimlər və inzibati orqan işçiləri istisna olmaqla, demək olar heç kim Bəxtiyar Sadıqova səs verməyib. 5 ildən bir rayona gəlib icra başçıları ilə görüşüb sağollaşan Bəxtiyar Sadıqovun necə seçildiyini bütün rayon bilir. Biz çoxsaylı seçicilər ona səs verməmişik və xahiş edirik, seçki protokolları yoxlanılsın, siyahılar araşdırılsın, bizim yerimizə kim bülleten atıbsa, onlar cinayət məsuliyyətinə cəlb edilsinlər və Bəxtiyar Sadıqovun nəticələri ləğv edilsin!".
Müraciətin tam mətni və imzalarla təqdim ediləcək.