SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəhid oğlu oksigen balonunda öldü, deputat qohumu kefdə

Şəhid oğlu oksigen balonunda öldü, deputat qohumu kefdə

Tarix:

13-02-2020, 13:41

/ 1 544 dəfə oxundu.
Şəhid oğlu oksigen balonunda öldü, deputat qohumu kefdə

Bir müddət əvvəl Tərtərin Təzəkənd sakini olan şəhid oğlu, özü müharibə əlili Elxan Mehdiyev xalqa, deputatlara, imkanlı şəxslərə müraciət etmişdi.

O, 2004-cü ildə xəstəliyə tutulmuşdu, bronxit idi, aparata qoşulub, oksigen balonu ilə yaşayırdı. E.Mehdiyev müalicəinə kömək istəyirdi. Xəyal Sadıqlı adlı facebook istifadəçisi yazıb ki, artıq o, dünyasını dəyişib.

Statusdan sitat: “Sol tərəfdəki gəncin adı Fərid Feyziyevdir. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğludur. Əmisi oliqarx Cavanşir Feyziyev ölkənin dərman və siqaret şirkətlərinə başçılıq edir.

Sağ tərəfdəki gənc isə bu gün dünyasını dəyişən, xeyli müddətdir ki qaz balonu ilə yaşayan şəhid övladıdır. 170 min manat tapılmadı ki, onun həyatı xilas edilsin”.

O, qeyd edib ki, Cavanşir Feyziyev deputat olduğundan siqaret şirkətini qardaşı oğlu Elman Feyziyevə həvalə edib.

Doğurdan da bu qədər sərvəti olan deputat şəhid övladının müraciətlərinə cavab vermədi, səsini çıxarmadı. Amma qardaşı oğlunun fotolarından görünür ki, şəhid oğlundan fərqli olaraq, lüks həyat yaşayır.

C.Feyziyev bir varlı deputat olaraq şəhid övladının müalicəsinə nəinki yardım etmədi, heç “tükünü tərpətmədi”.

Onun şəhid oğluna 170 min manat kömək etmək imkanı da varıydı. Ancaq heç bir münasibət bildirmədi. Əvəzində qardaşı oğlanları kef içindədirlər.

Bu arada jurnalist Cavanşir Həsənli yazıb ki, oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş “Avromed” şirkətinin faktiki sahibi Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.

2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir.

Araşdırmalar göstərir ki, xüsusən “Avromed” dərman bazarının əsas inhisarçısı, monopolistidir, qiymətlərə ciddi təsir edə bilir.

Bazarda olan depolar, ayrı-ayrı firmalar müxtəlif təzyiq üsulları ilə sıxışdırılır, apteklərə mal verən mənbə olaraq yalnız adıçəkilən şirkət qalır.

Misal üçün, araşdırma zamanı müəyyən eləmişik ki, “Binə” deposu deyilən dərman məntəqəsi “Avromed” tərəfindən sıxışdırılır. Həmin depo apteklərə nisbətə ucuz dərman paylaması ilə fərqlənir.

Bu da bazarın hökmranı olan “Avromed”in ürəyinə yatmır. Amma “Binə” deposu ilk belə hədəf seçilən qurban deyil. Bu illər ərzində onlarla belə dərman idxalçıları “zərərsizləşdirilib”, bazarı tərk eləməli olub.

“Azerimed” və “Asfarma” kimi iri firmalar da inhisarçılığa görə küncə sıxılırlar. Hazırda “Avromed”lə yanaşı “Zeytun” da aptekləri dərmanla təmin edir. Ancaq hələ də onunla başa-baş rəqabət aparmaq iqtidarında deyil.

O səbəbdən də rəqabətsizlik apteklərdə bahalığa, vətəndaşların cibinə uyğun olmayan qiymətlərə gətirib çıxarır.

O, həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın
adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.

C.Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ