SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hicran Hüseynova seçki qanunların belə pozur… - VİDEO

Hicran Hüseynova seçki qanunların belə pozur… - VİDEO

Tarix:

5-02-2020, 13:29

/ 1 851 dəfə oxundu.
Hicran Hüseynova seçki qanunların belə pozur… - VİDEO

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova seçki qaydalarını pozmaqda davam edir.
Beləki, 39 saylı məktəbdə yerləşən 13-14 saylı məntəqələri Hicran Hüseynovanın nəzarətindədir.

Xanım namizəd digər namizədlərdən fərqli olaraq plakatlarını məntəqələrin içərisinə də yapışdırır. Ancaq digər namizədlərin tanıtım plakatları xüsusi lövhələrdə heç bir gün də qalmır.

Baş verən saxtakarlıqla bağlı 41 Saylı Sumqayıt birinci Seçki Dairəsindən deputatlığa namizəd Hicran Hüseynova üçün inzibati resurslardan səmərli isfifadə olunur. Bunula bağlı MSK-ya bunula bağlı müraciət olunub .

Bundan başqa Hicran Hüseynovanın görüşlərində biabrçı hallar müşahidə olunur. Namizədə yaraşmayan formada görüşlər keçirir. Bütün Sumqayıt təhsil işçiləri, xəstəxana və polikninikaların tibbi personalı, bələdiyyə üzvləri, həmçinin Azərişıq və Azəriqazın əməkdaşları məcburi görüşə çağrılırlar. Hətta bir neçə gün öncə Hicran Hüseynovanın köməkçiləri görüşü işıqlandırmağa gedən jurnalisti təhqir edib və ona hücum ediblər. Jurnalist isə öz növbəsində vəsiqəsini təqdim edərək bu onun işi olduğunu qeyd edib. Görüşə gələnlərin çoxu isə kimin görüşünə,hansı namizədin görüşünə gəldiklərini bilmirlər. Ümumiyətlə bu barədə danşımaqda istəmirlər. İddalara görə, inzibati yolla dövlət idarələrindən vətəndaşları say çoxluğu yaratsın deyə gətirirlər.

Sumqayıt sakinləri isə Hicran Hüseynoya səs verməyəcəklərini və onun komitə sədri olarkən heç bir sumqayıtlı ailələrin problemi ilə maraqlanmadığını bildirirlər.

Şərhlər

XƏBƏR LENTİ